“Laçının azad edilməsi Azərbaycan ordusunun ideoloji – hərbi hazırlıq baxımından üst bir səviyyəyə keçdiyini göstərdi. Azərbaycan hərbçisi xüsusi təyinatlı idi, cibində quran kitabı, eyni zamanda türk bayrağı vardı. Çıxardı, öpdü və “türk” kəlməsi işlətdi. Başının üstündə isə sancılan Azərbaycan bayrağı vardı”.
Elchi.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Feysbuk hesabında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusun dini inanclar əsasında “Hüseynin ordusu” deyərək İrandan ixrac edilən imperialist ideyanin quyruğuna bağlayanlara “şillə” kimi cavab oldu:
“İran adlı dövlətin Azərbaycan Ordusu əleyhinə apardığı təbliğat maşınını sındırdı. Bölgənin aparıcı ideologiyasının hansı olduğunu ortaya qoydu. Bayraqlarla Türkiyə mesajı və türklük mesajı verildi. Allahu – Əkbər ilə isə öz İslamımızın olduğuna vurğu qoyuldu!.
Laçın təkcə Azərbaycan Ordusunun hərbi hazırlıq vəziyyətini göstərmək üçün deyildi, onun düşüncəsini də ortaya qoydu və gələcəyin ilkin hərəkət istiqamətlərinin mesajını verdi”.
Yeganə