"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan Milli Konservatoriya ilə bağlı iddialara cavab

26 Aprel 2026 - 00:28
in CƏMİYYƏT, XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycan Milli Konservatoriyası son günlər bəzi internet resurslarında yayılan dezinformasiya xarakterli məlumatlara şəffaf və obyektiv faktlara əsaslanaraq münasibət bildirib.

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

Məsələ ilə bağlı Konservatoriyanın satınalma rəhbəri Orxan Vəliyevin açıqlamasını olduğu kimi təqdim edirik.

 

Bəzi media resurslarında Azərbaycan Milli Konservatoriyasının bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməyə təhvil verilməsi xidməti üzrə bağladığı müqavilə ilə bağlı yayımlanmış məlumat hüquqi və faktiki baxımdan məsələnin mahiyyətini tam əks etdirmir.
İlk növbədə qeyd olunmalıdır ki, sözügedən xidmət ümumi bazar prinsipləri ilə göstərilən adi xidmət deyil. Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının yığılması, daşınması və “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Azərbaycan Milli Konservatoriyasına ünvanladığı 04.02.2026-cı il tarixli, 3-54/2-1327/2026 nömrəli məktubda da bu hal açıq şəkildə göstərilmiş, eyni zamanda bildirilmişdir ki, həmin xidmətlərin göstərilməsi ilə bağlı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində “Kommunal Xidmətlər Müəssisəsi” MMC təsis edilmiş və xidmətlərin həyata keçirilməsi aidiyyəti normativ hüquqi aktların tələblərinə uyğun təşkil olunur. Həmin məktubda ayrıca vurğulanır ki, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun həyata keçirilir, bu xidmətlərin tarifləri isə Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 5 nömrəli qərarı ilə müəyyən edilir. Buna görə də, həmin xidmətlərin satın alınmasının qeyd olunan normativ hüquqi sənədlərin tələblərinə uyğun həyata keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir.
Bu hüquqi vəziyyət “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq dairəsini müəyyən edən 3-cü maddəsi ilə də uzlaşır. Həmin maddəyə əsasən yalnız dövlət orqanı və ya təbii inhisar subyekti tərəfindən təqdim edilən və qiymətləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və ya xidmətlərin satın alınmasına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu şamil edilmir.
Beləliklə, hazırki məsələyən “adi tender keçirilib və vergi borcu olan müəssisə qalib elan edilib” şəklində yanaşma hüquqi baxımdan düzgün deyil. Çünki burada söhbət xüsusi qaydada təşkil olunan, mərkəzləşdirilmiş kommunal xidmətdən gedir və bu xidmət üzrə münasibətlər ümumi satınalma mexanizminin klassik tətbiqindən fərqlənir.
Bununla yanaşı, Azərbaycan Milli Konservatoriyası qanunun birbaşa şamil edilməməsinə baxmayaraq məsələni maksimum diqqət və məsuliyyətlə araşdırmış, qarşı tərəfdən müvafiq sənədləri tələb etmişdir. Təqdim edilmiş sənədlər arasında vergi orqanı tərəfindən verilmiş arayış da olmuşdur. Həmin arayışda “Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəliklərinin olmadığı, yəni “borc yoxdur” qeydinin mövcud olduğu açıq şəkildə əks etdirilmişdir. Başqa sözlə, satınalan təşkilat qərar qəbul edərkən sonradan mediada irəli sürülən ehtimallara deyil, təqdim olunmuş rəsmi sənədlərə əsaslanmışdır.
Mediada istinad edilən vergi borcu barədə məlumatın sonradan yaranmış olması da istisna edilmir. Hazırda 2026-cı ilin birinci rübü yekunlaşdığından vergi ödəyiciləri tərəfindən vergi xidmətinə müvafiq hesabatlar təqdim olunur və bunun nəticəsində qanunvericiliyə uyğun vergi öhdəlikləri hesablanır. Bu baxımdan, müqavilənin bağlandığı tarixdə təqdim olunmuş rəsmi arayışla sonrakı tarixdə elektron informasiya resursunda görünən məlumatın eyni zaman kəsiyinə aid edilmədən müqayisə olunması düzgün hüquqi nəticəyə gətirmir. Başqa sözlə, müqavilə bağlanan tarixdə rəsmi arayışda borcun olmadığı göstərildiyi halda, sonradan hesabatların təqdim edilməsi nəticəsində öhdəliyin yaranması hüquqi baxımdan mümkün haldır və bu, əvvəlki mərhələdə qəbul edilmiş qərarı öz-özlüyündə qanunsuz etmir.
Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan Milli Konservatoriyası şəffaflıq və aşkarlıq prinsiplərinə sadiq qalaraq, “Dövlət satınalmaları haqqında” Qanunun 3.2.1-ci maddəsinə görə həmin Qanunun birbaşa şamil edilmədiyi bu müqaviləni belə elektron portalda dərc etdirmişdir. Bu yanaşma qurumun hər hansı məlumatı gizlətmək niyyətində olmadığını, əksinə, fəaliyyətini açıq və hesabatlı şəkildə təşkil etdiyini göstərir. Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan şəffaflıq və aşkarlıq prinsiplərinə faktiki əməl olunması da məhz burada öz ifadəsini tapır.
Bundan başqa, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim edilməli, 14.1.11-1-ci maddəsinə əsasən isə saxta məlumatların dərc edilməsinə və ya yayımlanmasına yol verilməməlidir. Həmin Qanunun 14.1.7-ci və 14.1.9-cu maddələri də şəxsin işgüzar nüfuzunun ləkələnməsinə, böhtana və təhqirə yol verilməməsini tələb edir. Bu baxımdan, məsələnin hüquqi mahiyyəti, tətbiq olunan xüsusi normativ baza, səlahiyyətli dövlət orqanının rəsmi mövqeyi və satınalma zamanı təqdim olunmuş rəsmi sənədlər nəzərə alınmadan məsələni birtərəfli qaydada “qanun pozuntusu” kimi təqdim etmək düzgün yanaşma hesab oluna bilməz.
Nəticə etibarilə, Azərbaycan Milli Konservatoriyası tərəfindən bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməyə təhvil verilməsi xidməti üzrə bağlanmış müqavilə mövcud qanunvericiliyin, aidiyyəti xüsusi normativ aktların, səlahiyyətli dövlət orqanının rəsmi izahının və təqdim olunmuş rəsmi sənədlərin əsasında həyata keçirilmişdir. Müqavilə bağlanarkən təqdim edilmiş arayışda qarşı tərəfin vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş borcunun olmadığı göstərilmiş, bununla yanaşı, Azərbaycan Milli Konservatoriyası əlavə şəffaflıq nümayiş etdirərək həmin müqaviləni elektron portalda da dərc etdirmişdir. Buna görə də yayılan iddialar hüquqi və faktiki əsasdan məhrumdur, məsələnin mahiyyətini tam əks etdirmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır.

Azərbaycan Milli Konservatoriyasının
Satınalma rəhbəri Orxan Vəliyev.

Previous Post

QƏZƏNFƏR MÜƏLLİM — BİR ÖMRÜN MƏNƏVİ İŞIĞA ÇEVRİLMİŞ SALNAMƏSİ

Next Post

Səidə Haqverdiyeva “Gümüş Karyera Ödülləri”nə layiq görülüb

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib. Elchi.az " "Fox 23"ə istinadən xəbər verir ki, yanğını...

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Elchi.az-a verilən xəbərə görə, 18 avqust...

Next Post
Səidə Haqverdiyeva “Gümüş Karyera Ödülləri”nə layiq görülüb

Səidə Haqverdiyeva “Gümüş Karyera Ödülləri”nə layiq görülüb

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı verəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.