“Prezident İlham Əliyev MDB Dövlət Başçılarının məhdud çərçivədə keçirilən iclasında Ermənistandan 10 Noyabr Birgə Bəyannamənin 4-cü və 9-cu bəndini yerinə yetirilməsini tələb etdi. Nikol Paşinyan 10 noyabr Birgə Bəyannamədə Zəngəzur dəhlizinin olmamasını vurğuladı. Ermənistan Baş naziri dəhliz məsələsindən geri addım atmır və proseslər yenidən aktiv fazaya keçə bilər”.
Elchi.az xəbər verir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə FB hesabında bildirib:
“Əgər, Ermənistan Qarabağdan silahlı birləşmələrini çıxarmasa, Azərbaycan Qarabağda qanunsuz silahli birləşmələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər.
Zəngəzur dəhlizinin açılması istiqamətində Azərbaycanın hərbi əməliyyatlar keçirməsi polimikadır. Azərbaycan Laçın dəhlizini bağlamaqla müəyyən təzyiqlər etməklə, buna nail ola bilər”.
Yeganə