"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan-erməni barışığında “çaça faktoru” – Sulaveridən reportaj

21 Noyabr 2016 - 09:20
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

Azərbaycan-erməni barışığında “çaça faktoru” - Sulaveridən reportaj

5 dil bilən göyərtisatan Gülnarə Xəlilova: “Yunanca, türkcə, azərbaycanca, ermənicə, rusca təmiz danışırıq”; həmyerlilərimizi vətəndən incik salan “Yevro-4” qadağası nə vaxt ləğv olunacaq?

Gürcüstanda min bir nəqliyyat vasitəsinə, Ermənistana tərəf get. Sərhədə yaxınlaşdıqca ancaq yol kənarındakı sahibsiz itlərdən özünə qarşı bir kin-kidurət, nifrət hiss edəcəksən. Sadə zəhmətkeşlərdən  isə, özünə qarşı eyni münasibəti görməyəcəksən əsla. 

Əksinə, sadə zəhmətkeşlər bakılı olduğunu bilincə, əvvəlcə gülümsəyəcəklər. Sonra çalışacaqlar əlləri altındakı allahverən nemətləri sənlə bölüşsünlər. Burda çox sevilən, ciddiyə alınan ənənəvi koka-kola, pepsi-kola, yaxud “jilet” ülgücü brendləri, reklam lövhələri  deyil. Deyil! Tam tərsinə, bizim “SOKAR” brendidir.

– Burda yeganə işlək qurum elə bircə SOKAR-dı, bilin. Büdcə dolduran ən böyük vergi ödəyicisidir. Xeyriyyəçiliklə məşğuldu, camaatı işlə təmin edir. Kilsələri, məscidləri pulsuz isidir…

Siyahını uzadıb, barmaqlarını ovcunda bir-bir qatlayan Şulaveri kənd sakini Vladimir Proxorov vaxtiylə pilot olsa da, indi çoxdan yerə enib. Təqaüdçüdür. Qəza vəziyyətli köhnə daxmasında birtəhər öz axır günlərini yaşayır. Üzbəüzdəki oxşar taxta komada vaxtiylə kim yaşasa yaxşıdı, həəə, sizdən soruşuram?  Görürəm sizdən səs çıxmır, məcbur qalıram sualımı özüm cavablandırım -böyük yazıçımız, “Xortdanın cəhənnəm məktubları” əsərinin təkrarsız müəllifi Əbdürrəhman bəy Haqverdiyev!

O əsərinin ardını burda elə indi də davam etdirmək mümkündü, vallah. Haqverdiyevi incidən mövzular buralarda, Ermənistanla sərhəddə indi də davam edir axı. Təbiət qüvvələri bir tərəfdən, yerli sakinlər o biri səmtdən məhz burda-Haqverdiyevin seçdiyi ünvanda, birləşib o taxta yuvanı yerlə bir ediblər. Növbədə indi Vladimir Proxorovun kasıb komasıdı.

Vladimir Proxorovun qonşusu Əsli Əliyeva bizi bir xeyli seyr edir. Söhbətə də həvəsli görünmür.

“Haqverdiyevin evini niyə qorumadız”, sualımla onu söhbətə çəkirəm.

“Nə? Əşşi, biz burda öz evimizi qoruya bilmirik, qalsın siz deyən o yazıçının evi. 60 ildi buralardayam. Qonşumuz olduğunu ancaq indi sizdən eşidirəm”.

Həəə…görürəm belə getsə, xordanın cəhənnəmdən növbəti məktublarını…üzr istəyirəm reportajlarını, heç nə,  indi özüm yazmalı olacam. 

Şulaveriyə gör hansı vaxtda gəldik… Çaça arağının çəkildiyi vaxt. Kasıb evlərin həyət-bacasından tüstü qalxırsa, tələsməyin, bunu rifah rəmzi bilib gülümsəməyin. Sadəcə, çaça çəkən tüstülü qurğulara burda addımbaşı rast gəlmək mümkündü.  Tarixin sınağından üzüağ çıxan, indiyəcən davam edən bu qədim ənənə azərbaycanlılarla erməniləri, gürcüləri, yunanları, kürdləri, rusları, yəhudiləri hələ də birləşdirir. Şükür, çaça məsələsində birlik hələ ki, var. Xalqlar dostluğu mövzusu Şulaveridə deməzdim son nəfəsini yaşayır. Yox…orda-burda zəif işartıları hələ də közərir. Ancaq, razılaşın, çaçaya çatmaz gücləri.

“Yolun o tərəfi Daştəpədi, bu tərəfi Şulaveri. Sakinləri beş-altı dil bilməkləriylə indi də fəxr etməyi unutmurlar”

Azərbaycan-erməni barışığı, təəssüf ki, hələ ki, çaçaya möhtacdı. Burda qəssablar bizimkilərdəndi. Elanlarını azərbaycanca yazıb başları üstə asıblar. Apteklərə gələndə bu ənənə qırılır.

“Aptekdi, avtomobil təmiridi, çilingərlikdi…bunlar ermənilərə aiddi. Bu sahələrə biz qarışmırıq” – adını gizləyən  həmvətənimiz, bunu deyib tez də gözdən itməyə çalışır.

Yerevana gedən dəmir yolunda xeyli paslı qatar öz sonunu tapıb. Yolun o tərəfi Daştəpədi, bu tərəfi Şulaveri. Sakinləri, beş-altı dil bilməkləriylə indi də fəxr etməyi unutmurlar.

“Yunanca, türkcə, azərbaycanca, ermənicə, rusca təmiz danışırıq”, – göyərtisatan Gülnara Xəlilova belə deyir. Bu qadın sovetin xalqlar dostluğu havasını hələ ki, sinəsində gəzdirir. Ancaq amansız zaman bu hissi də redəktəyə məruz qoyub deyəsən.

– Əvvəlki kimi yasına, toyuna getmirəm ermənilərin. Donuz əti əskik olmur süfrələrindən. Pul da qəhətə çıxıb. Getsən gərək pul yazdırasan. Bizlərdə pul çoxdan yoxdur, əppək olub, göyə çəkilib.

Xalqlar dostluğunun əvəzsiz dayaq nöqtəsi  bir də buradakı ölməz yumor hissidir. Misal üçün, Durəli İsgəndərov fəhlədir. Vaxtilə tikintidə yıxılıb, burnunu qırıb. Əyri burnu indi nəfəs yollarına maneçilik törədir. Ciddi əməliyyata ehtiyacı var: “Həkimə 1000 lari ödəməliyəm. Mənim üçün böyük məbləğdi bu. Gecələr ağzıaçıq qalıram”, deyib gözlərini bizə sancır.

“Deyirlər bəs Gürcüstanda hamının sosial müdafiə paketi var”, iradımızı eşidincə Durəlinin əyriburnu bir zərrə də əyilir sanki:

– Təcili əməliyyatdırsa, hə, siz deyəndi. Yüz faizini dövlət ödəyir, vəssalam. Təcili deyilsə, 70 faizini dövlət ödəyir, qalanını özün. Mənimki təcili deyil. Gözləməliyəm. Ölmə eşşəyim yonca bitincə. İş-güc yoxdur. Əgər əməliyyata getsəm, 300 larini ödəməliyəm. Pulu ödəsəm, uşaqlar ac qalar. Harada qırılar, orada qırılar. Neyləyim?

 

Yunan əsilli Qrişa, bu vaxt araya girir.

– Əməliyyata ehtiyac yoxdu. Axşam düşürsən davaya. Burun çəpərin bir də qırılıb qayıdır  öz əvvəlki yerinə. Pulun da qalır cibində. Gətirirsən burda xərcləyirik.

Gülüşümüz, uğultumuz bir ara səngimək nədi bilmir. Ətrafımıza bir xeyli tamaşaçı yığılır. Aralarında ermənilər, ruslar, kürdlər, yunanlar. Ən fəalları Vidadi Həsənovdu – Abxaziya müharibəsi veteranı. Bu böyük yumor həvəskarı tezliklə bizə qoşulub mövzunu davam etdirir:

– Bakı TV-lərini diqqətlə izləyirəm. Siz niyə zir-zibili boşuna yandırırsız? Bizdə zibildən yaxşı pul çıxır. Təhvil verib qəşəng pul qazanırsan. Siz isə…

Vidadi Həsənov, pauza verib siqaretini alışdırır. Tüstünü sinəsinə çəkib sözünə davam edir:

-Siz isə pulu zibilə çevirirsiz. Qazancınızı gətirib tökürsüz Tiflis qumarxanalarına.

Vidadinin məlumatlı adam olmağı diqqətimizdən qaçmır. Qərara gəlirik başqa suallarımızın cavabını da məhz bu gülərüz insandan öyrənək:

– Bəs sosial müdafiə paketi nədir sizdə belə?

Həəə….Vidadi Həsənovun burda çiçəyi çırtlayır sanki. Başlayır bizə Gürcüstandakı sosial təminat sistemini bittə-bittə izah etməyə.

– Müharibə veteranıyam deyə Gürcüstan dövləti tibb xərclərimin 100 faizini ödəyir, icazə vermir əlim cibimdə çox da dərinə getsin. Təqaüdçülərin tibb xərcləri isə, 90 faiz dövlətin öhdəsindədir. Sadə camaata gəldikdə…

Müzakirə iştirakçılarının dairəsi bu vaxt bir az da genişlənir. Yunan əsilli bir başqası, Vidadinin sözünü yarıda kəsir:

– Sadə camaatının tibb xərcləri, bəli, təsdiq edirəm, 70-75 faiz dövlətlikdi. Gözəl! Sağ əlimiz sizin başınıza.

Vidadi Həsənov mövzunu bir az da xırdalayır.

– Tutaq ki, sığorta sənədimi itirmişəm. Zəng edirəm Sosial Müdafiə Nazirliyinin qaynar xəttinə, 1505-ə. Dərdimi danışıram, hara getməli, nə etməli olduğumu deyirlər. Özü də bizdə seçim var. Xəstəxananı, poliklinikanı özümüz seçirik. Yəni dövlət məmurları sizdəki kimi xalqa öz şəxsi klinikalarını sırıya bilməz. Buna görə Azərbaycan bizə neftdən, qazdan sonra ən çox nə ixrac edir?

Vidadi, öz sualının cavabını başqalarından eşitmək istəyərək susur bir an.

Cavab Şulaveri stansiyasındakı paslı qatara söykənmiş bir alkaşdan gəlir:

– Azərbaycan neftdən, qazdan sonra Gürcüstana ən çox öz xəstələrini ixrac edir.

Vidadi Həsənov burda təzədən söhbətimizə qoşulur.

– Biz də bu xəstələrdən əldə etdiyimiz gəlir əsasında tibbi sığorta zənbilimizi təşkil edirik. İndi siz bildiz biz niyə zibildən pul çıxardırıq, siz isə pullarınızı zibilə çevirirsiz?

Hiss etdim söhbətimizin sonluğuna burda möhür vurmalıyam. Gözlərimi yumub ağzımı açdım:

– Qısası, azərbaycanlılar Gürcüstanda adətən üç “xana”nın qarşısına yığılırlar – xəstəxanaların, qumarxanaların, avtomobil emalatxanalarının.

“Hamımız bir ağızdan gülüşüb itmiş xalqlar dostluğumuzu birtəhər Şulaveri stansiyasında bərpa etməyi bacardıq…”

Bu vaxt kimsə dilini dinc saxlamadı:

– Dördüncü ünvan da var, – deyib qulağıma nəsə pıçıldadı.

Utandığımdan sifətim turp kimi qızardı bu vaxt. Hamımız bir ağızdan gülüşüb itmiş xalqlar dostluğumuzu birtəhər Şulaveri stansiyasında bərpa etməyi bacardıq…

Azərbaycanlının hər situasiyada müstəqil fikri var.

***

Gürcüstan azərbaycanlılarını vətəndən incik salan bir məqamı hər addımbaşı eşidirik. Şulaveridə də buna bir daha şahid kəsildik.

Gözü Azərbaycan telekanallarında qalan həmyerlilərimiz “yevro-4″ adlı qadağanı lənətləyirlər. Efirdən bu qadağanın ləğvi haqda xəbəri səbirsizliklə gözləyirlər:

– Bax mən ailə-uşağı maşına yığıb doğma vətənə gedə bilmirəm. Nə var, nə var, maşın Azərbaycanın tətbiq etdiyi “yevro-4″ standartına cavab vermir. Belə də iş olar? Çatırsan sərhədə, deyir ki, ya maşını aldığı qiymətin 75 faizini pul şəklində girov qoy, keç. Pulun yoxdur, düş aşağı, piyada get. Azərbaycanın özündə maşınların azı yarısı ”yevro-4″-ə cavab vermir. Bunu bilməyən yoxdur ki…

2 kilo ət də keçirə bilmirik sərhəddən. Deyirlər get rüsum ödə. Qohum-qardaşa pay apara bilmirik.

“Ətrafımıza bir xeyli tamaşaçı yığılır. Aralarında ermənilər, ruslar, kürdlər, yunanlar”…

Bir başqası sözünü kəsib söhbətin məcrasına “yevro-4″ qadağasını qaytarır:

– Hamı da bilir ki, “yevro-4″ bəhanədir. Gürcüstandan Azərbaycana maşın satılmasının qarşısını almağa görədir bu. Maşınımızın texpasportunu götürüb girov saxlayın deyirik, istəyirik qohum-qardaşın yanına öz maşınımızda rahat gedib gələ bilək.  Niyə azərbaycanlı avtobuslarda əziyyət çəkməlidir, hə? Sözümüzü Azərbaycandakı məmurlara çatdırın. Gəlib Gürcüstandan öyrənsinlər də… Amerikadan tutmuş dünyanın 4 bir tərəfindən maşın daşıyırlar buraya. Kimsəyə gözün üstə qaşın var deyən də yoxdur.

*     *    *

Burda uzaqlardakı mənzərələr-üfüqlərdə ağaran dağ silsilələri, vallah, daha nə deyək, gözəldi…Yaxındakı görüntülər – paslı vaqonlar, sınmış insan taleləri isə kifir.

Ancaq biz burda da bir gözəllik – xalqlar dostluğunu özümüzçün aşkarlamaq, tapmaq istədik.

 

Həmid HERİSÇİ

Elşən BALAXANILI

 

Previous Post

Azərbaycan-erməni barışığında “çaça faktoru” – Sulaveridən reportaj

Next Post

Ərdoğandan NATO-ya sərt xəbərdarlıq

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Ərdoğandan NATO-ya sərt xəbərdarlıq

Ərdoğandan NATO-ya sərt xəbərdarlıq

Son xəbərlər

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.