Azərbaycan və Dominikan Respublikası arasında ikitərəfli protokol imzalanıb.
İqtisadiyyat Nazirliyindən Elchi.az-a verilən məlumata görə, sənəd Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində imzalanıb.
Qeyd edək ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır və danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokollar imzalanır.





















