"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan böyük tətilə gedir – yenə Gürcüstana…

18 Mart 2016 - 08:12
in XƏBƏR LENTİ
FacebookVatsap
Azərbaycan böyük tətilə gedir - yenə Gürcüstana...

Natiq Cəfərli: “Gələn turistlər əllərindəki pulu harada dəyişməsi ilə bağlı problemlər yaşayacaq”; Fazil Mustafa: “Bu, Azərbaycandakı korrupsiyanın qələbəsidir”

Bunu da oxuyun

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

İmişlidə avtomobilin vurduğu piyada ölüb

Novruz bayramı ilə əlaqədar ölkəmizdə 8 gün iş olmayacaq. Yəni mat ayının 20-28-dək qeyri-iş günləridir. Azərbaycanda Novruz bayramının daha təmtəraqlı və gözəl keçirilməsinə baxmayaraq, bir çox vətəndaşlarımız bu günləri Gürcüstanda keçirməyə üstünlük verir. Hər il Gürcüstana azı 1 milyon azərbaycanlı turist gedir. 
Bu ölkəyə yollanan turistlərin sayına görə Azərbaycan ilk üçlüyə daxildir. Əhalisinin sayı 80 milyona çatan Türkiyədən Gürcüstana 1,5 milyon turist gəlir. Azərbaycanın isə hər 9 nəfərindən biri qonşu ölkəni ziyarət edir.
Ümumiyyətlə isə son vaxtlar Azərbaycanın turizm sektoru aşağı səviyyəyə düşüb. Əvvəllər iranlı turistlər Novruz bayramını ölkəmizdə keçirməyə üstünlük verirdilər. İndi isə iranlı turistlərə də rast gəlmək mümkün deyil.
Maraqlıdır, nəyə görə Novruzu ölkəmizdə qeyd etməyə gələnlər yoxdur? Biz nəyə görə Gürcüstana üz tuturuq?
 
“FlyTravel” turizm şirkətinin direktoru Məmməd Əliyev yerli turistlərin Gürcüstana üz tutmasının səbəbinin ucuzluq olduğunu dedi: “İnsanların Gürcüstana üz tutmasının səbəbi ucuzluqdur. Bizə müraciət edənlər deyirlər ki, Gürcüstanda gedib hansısa yaxşı bir restoranda 5 nəfər oturub yeyib- içirik və bütün bunlara 50 dollar pulumuz çıxır. Bakıda isə 150 dollar çıxır. Yadımdadır ki, neçə illər əvvəl həmişə Novruz bayramı ərəfəsində iranlılar Bakıya gəlir və ev götürürdülər. Küçələrdə iranlılara çox rast gəlinirdi. Hotel tapa bilməyəndə biz onlara ev verirdik. Bir ailə 100 manatdan 3 otaqlı ev götürürdü. İndi isə iranlılara da rast gəlmirik. Çünki gələn iranlıları gömrükdə 5-8 saat saxlayırlar. Bura da gəlib çatanda bahalıq iranlıları Azərbaycandan soyutdu. Həmişə iranlılar Novruz bayramına 15 gün qalmışdan ev, hotel tuturdular ki, gələndə qala bilsinlər. İndi heç biri yoxdur, gəlmirlər. Bunların da ən əsas səbəbi bahalıqdır. Gürcüstanla Azərbaycandakı bir hoteli müqayisə etsəniz görəcəksiniz ki, çox böyük qiymət fərqi var. Həmçinin restoranlarımızda da qiymətlər  Gürcüstan restoranları və əyləncə yerləri ilə müqayisədə yarıbayarı bahadır. Ona görə də insanlar burada 500-1000 manat xərcləməkdənsə, gedib orada bu məbləğin yarısı qədər xərcləyir və daha yaxşı istirahət edirlər. Gürcüstandan Azərbaycana gələn turist cibinə 300 dollar qoyub gəlib onu burada bir günə xərcləyirsə, orada iki-üç günə xərcləyir”.
 
M.Əliyev Azərbaycandakı hotellərlə Gürcüstandakı hotellər arasında yarıbayarı qiymət fərqi olduğunu dedi: “Bizdə ən ucuz hotel ”Araz”dır. İki nəfər üçün 60 dollardır. Gürcüstanın ən məşhur küçəsində üçulduzlu hotel, yemək içməkləri də buradan qat-qat yuxarı olan hotellər 30-40 dollardır.  Bu qiymətə turistlər yaxşı əylənir, bayramı daha ucuz qiymətə keçirə bilirlər. Orada benzin bizdən bahadır, amma taksiləri bizim taksilərdən ucuz qiymətə aparır. Bizdə nə qədər ki, qiymətlər bu cürdür turizm heç vaxt inkişaf etməyəcək. İranlıların da hamısı indi Bakıya gəlmir, Dubaya, Gürcüstana, Türkiyəyə gedirlər. Elə bizim təyyarələrimiz də bahadır. Öz maşını ilə gələnlərin də gömrükdə başına elə oyun açırlar ki, bura gələndə ağlayırdılar ki, nahaq gəldik. Bundan əlavə də iranlılar gəlib burada bara-restorana gedəndə başlarına oyun açırlar. Ona görə də gəlmirlər”.
 
İqtisadçı ekspert Natiq Cəfərli turistlər üçün ən böyük problemlərdən birinin 8 gün bankların işləməməsi olacağını dedi: “Yerli turistlərin bayram ərəfəsində Gürcüstana üz tutmasının bir çox səbəbləri ola bilər. Gürcüstandakı bütün sahələrdə, həm hotellərdə, həm də restoranlarda qiymətlərin ucuz olması, şəhərin özündə maraqlı proqramların olması insanlar üçün müəyyən marşrutların müəyyənləşdirilməsi, tarixi yerlərin ziyarət olunması turistləri cəlb edir. Turist həmişə maraqlı proqramların dalınca qaçır. Azərbaycanda qiymətlər də bahadır. Təyyarə biletlərinin qiyməti bahadır və viza problemi var. Gürcüstan 100-də çox ölkə ilə viza məsələsini ləğv edib. Bu yaxınlarda İran turistlərinin cəlb edilməsini sürətləndirmək üçün bu adımı atdı. Azərbaycanda isə İran turistlərinə də viza tətbiq olunur. Azərbaycanda cəlb olunacaq turistlər üçün son dövrlərdə digər problemlər də meydana çıxıb. Məsələn, bayram günlərində bütün valyutadəyişmə məntəqələri bağlı olacaq. Turist Azərbaycana gələndə manatla yox, öz valyutaları, dollarla gəlir. Onlar öz valyutalarını harada çevirib öz xərcləmələrini edəcəklər? Kartla alış-veriş etməkdə də problemlər var.
Gürcüstanın ən balaca dükanından tutmuş marketlərinə qədər, kiçik kafelərindən tutmuş restoranlarına qədər hər yerdə kartla alış-veriş, ödənişlər etmək mümkündür. Azərbaycanda isə bu problemdir. Bir çox problemlər üst-üstə yığışır və nəticə etibarı ilə azərbaycanlıların özlərinin də bayram günlərini ölkə daxilində yox, xaricdə, çox vaxtda Gürcüstanda keçirir”.
Deputat Fazil Mustafa bildirdi ki, təklif olunan xidmətlər heç kimi qane etməyəndə axın başqa istiqamətə gedir. “Bu, Azərbaycandakı korrupsiyanın qələbəsidir. Çünki birbaşa istər turizm, istərsə də başqa sahə olsun korrupsiyanın səviyyəsi ona imkan verir ki, bu məsələdə insanlar müəyyən dərəcədə öz maddi imkanlarına görə seçim etsinlər. Turizm ilk növbədə xidmət və qiymətlərin bahalığı ilə bağlıdır. Təklif olunan xidmətlər heç kimi qane etməyəndə axın başqa istiqamətə gedir. Ona görə də burada təəccüblü heç nə yoxdur. Bu məsələdə kimisə qınamaq da olmaz. İnsanlar vətənpərvərliklə deyil, ancaq maddi imkanla müəyyən addımlar ata bilərlər. Bu da gözlənilən bir şeydir. Əks halda, bu məsələ başqa cür həll olardı və Azərbaycan daha böyük turizm cəlb edərdi. Təəssüf ki, bunu düşünmədən müəyyən iqtisadi yanlışları davam etdirməyin nəticəsi belə bir vəziyyəti yaradıb. Burada yalnız qiymətlərin aşağı enməsindən söhbət getmir. Bütövlükdə bütün sektorların əhalini cəlb etməsindən gedir. Yolda duran polisdən başlamış gömrük, vergidə daxil olmaqla kiçik strukturlara qədər bu prosesdə  üzərinə düşən rolu yerinə yetirməsindən söhbət gedir. Stimullaşdırıcı bir vəziyyət olmayanda adamlar hər hansısa bir şəkildə işləməyə, yaxud da qiyməti aşağı salmağa meylli olmurlar. Ona görə də turist Gürcüstana qaçır”.
Previous Post

Azərbaycan böyük tətilə gedir – yenə Gürcüstana…

Next Post

Yevda Abramov: “Mən sözümü demişəm”

Bənzər yazılar

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14

Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu barədə Elchi.az - a AFFA-dan məlumat verilib. Qarşılaşma noyabrın 16-da...

İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Qaralar kəndi ərazisində qeydə...

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Quba rayonu...

Next Post

Yevda Abramov: "Mən sözümü demişəm"

Yevda Abramov: "Mən sözümü demişəm"

Son xəbərlər

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və propan göndəriləcək

21 Avqust 2026 - 23:34
BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası avqustun 24-də Ukrayna ilə bağlı iclas keçirəcək

21 Avqust 2026 - 23:33
Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək

21 Avqust 2026 - 23:14
İmişlidə avtomobilin vurduğu piyada ölüb

İmişlidə avtomobilin vurduğu piyada ölüb

21 Avqust 2026 - 23:13
ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

ABŞ Konqresi Norveçə 2,3 milyard dollar “Black Hawk” helikopterlərinin satışını nəzərdən keçirəcək

21 Avqust 2026 - 23:11
Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

Bakıda və bölgələrdə son bir həftədə yaşıllıqlara 81 min manatdan çox ziyan vurulub

21 Avqust 2026 - 21:49
Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

Şahzadə Harri və daha 6 iddiaçı “Daily Mail” naşirinə 9,54 milyon funt ödəyəcək

21 Avqust 2026 - 21:46
Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyədə mədəndə uçqun olub, ölən və xəsarət alanlar var

21 Avqust 2026 - 21:44
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 21:41
Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

Çində qapı dizaynına görə 4,3 milyon avtomobil geri çağırılacaq

21 Avqust 2026 - 21:37
Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

21 Avqust 2026 - 19:18
Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

Ağacların qanunsuz kəsilməsinə görə yaşıllıqlara 81 820 manat ziyan dəyib

21 Avqust 2026 - 19:07
MİQ üzrə müsahibə mərhələsinə başlanılır

MİQ üzrə müsahibə mərhələsinə başlanılır

21 Avqust 2026 - 18:55
Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

Ərzurumda aşıq sənəti mövzusunda Beynəlxalq Elmi Konfrans və konsert proqramı keçirilib – FOTO

21 Avqust 2026 - 18:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.