Azərbaycanlı qadın Oksford Universitetinin mükafatına layiq görülüb

Panoram.az-ın məlumatına görə, Aygün Attar Türkiyədə Universitet rəhbəri kimi fəaliyyət göstərən 7 qadından biridir. O 2012-ci ildən Giresun Universitetinin rektorudur.
Fəaliyyəti ilə Giresun Universitetinin nüfuzunu qaldırmağa, təhsil ocağını tanıtmağa nail olub. Gördüyü uğurlu işlərə görə, Oxsford Universitetinin Liderlər Zirvəsi Giresun Universitetini ən yaxşı bölgə universiteti seçib.
