Azərbaycanlı futbolçu Portuqaliya klubunda
Amit Quluzadə Lissabonun Alkantara qəsəbəsini təmsil edən klubla 2 illik müqavilə imzalayıb
"Qəbələ"dən ayrılan futbolçu Amit Quluzadənin yeni iş yeri müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, milli komandamızın sabiq üzvü karyerasını Portuqaliyada davam etdirəcək.
Amit Lissabon "Atletiko"suna keçib. Futbolçumuz Lissabonun Alkantara qəsəbəsini təmsil edən klubla 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Amitin son iş yeri "Qəbələ" olub. O, əvvəllər "Neftçi", "Rəvan" və Türkiyənin "Kayseri Erciyəsspor" klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 22 yaşlı yarımmüdafiəçi millinin heyətində 3 oyuna çıxıb.
Quluzadənin yeni klubu Portuqaliya çempionatının 1-ci dəstəsində - Sequnda Liqada çıxış edir. Komanda son mövsümdə 22-ci pilləni tutub. Bu liqada artıq 2014-15 mövsümün iki oyunu arxada qalıb. "Atletiko" "Freamunde"yə uduzub (2:2) və "Çaves"lə heç-heçə (2:2) oynayaraq 1 xal qazanıb və 18-ci pilləni tutur. "Bakı"nın sabiq üzvü İbrahim Karqbo da bu klubda çıxış edir.