Azərbaycanlı alpinistdən tarixi zirvə yürüşü FOTO

🗓 22.05.2025 19:27 ✍️ "Elçi" qəzeti
Azərbaycanlı alpinistdən tarixi zirvə yürüşü FOTO

Azərbaycanlı alpinist Vəfa Musayeva tarixi nailiyyətə imza atıb.

Musavat.com xəbər verir ki, o, mayın 15-də Everest zirvəsinə qalxıb, iki gün sonra isə Nepal vaxtı ilə saat 10:15-də ikinci səkkiz minlik Lhotse (8516 m) dağının zirvəsini fəth edib.

Vəfa Musayeva hazırda baza düşərgəsindədir və gücünü bərpa etməyə çalışır. O, 8000 metrdən yuxarıda 4 gündən çox vaxt keçirib.

Qeyd edək ki, Lhotse planetin dördüncü ən hündür zirvəsidir və Everestdən üç kilometr məsafədə, yaxınlıqda yerləşir.

Vəfa Musayevanın bu zirvəyə qalxması Azərbaycan dağçılıq tarixində unudulmaz uğur kimi yadda qalacaq.

Şahanə Rəhimli
Musavat.com

Bənzər yazılar