Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub

🗓 03.04.2024 19:50 ✍️ "Elçi" qəzeti
Azərbaycanın həndbol millisi Şimali Makedoniyaya uduzub
Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Elchi.az xəbər verir ki, 5-ci qrupda yer alan komanda bu gün V tur çərçivəsində doğma meydanda Şimali Makedoniya yığmasına uduzub. Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 37:22 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında Şimali Makedoniyada keçirilən görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar. Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 6 xalla ikincidir.

Bənzər yazılar