"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanda tikinti şirkətinin rəhbəri həbs edildi

16 İyul 2018 - 17:00
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Bu günün valyuta məzənnələri

Nyu-York birjasında təbii qaz bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, şəhərsalma və memarlıq sahələrində müvafiq qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Baş Prokurorluqla birgə yaydığı məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 4-cü mikrorayon sakinləri tərəfindən 12 iyul 2018-ci il tarixində daxil olmuş müraciətə əsasən Komitənin əməkdaşları tərəfindən şəhərsalma nəzarəti çərçivəsində əraziyə baxış keçirilib, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısında “Fidan” Mənzil-Tikinti Kooperativi tərəfindən tikintiyə icazə sənədi olmadan 16 mərtəbəli binanın tikintisinə hazırlıq işlərinə başlaması müəyyən edilib.

“Fidan” MTK tərəfindən təqdim olunan ərazi planlaşdırılması sənədlərinin şəhərsalma qanunvericiliyinin tələblərinə riayət olunmadan tərtib edildiyini nəzərə alaraq və ölkə prezidentinin 24 noyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nı rəhbər tutaraq, Komitə tərəfindən sözügedən ərazidə 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə icrası məcburi olan “Göstəriş” göndərilib. Eyni zamanda, hüquqpozma faktlarının araşdırılması və aidiyyəti şəxslər barəsində qanuni tədbirlərin görülməsi məqsədilə məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar və kütləvi informasiya vasitələrində “Fidan” MTK-nın vəzifəli şəxslərinin çoxmənzilli binanın inşa edilməsi üçün torpaq sahəsini hasara alaraq orada qanunsuz tikinti işləri aparması ilə sakinlərin haqlı narazılığına səbəb olan qanunazidd əməlləri barədə əks etdirilmiş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin MTK-nın təsisçisi və sədri Şükürov Əli Şükür oğlu torpaq, şəhərsalma və tikinti sahəsindəki mövcud qanunvericiliyin tələblərini pozaraq 2018-ci ilin 1 iyul tarixindən etibarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Cavadxan küçəsi, 68A ünvanında yerləşən və dövlət mülkiyyətində olan 0,1182 hektar torpaq sahəsində özbaşına 371,3 kvadrat metr qeyri-yaşayış sahəsini söküb 1 girişli 16 mərtəbəli binanın özülü üçün qazıntı işləri aparıb.

Bununla Əli Şükürovun digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək özü və rəhbəri olduğu hüquqi şəxsin qanunsuz üstünlük əldə etməsi məqsədilə dövlətin şəhərsalma və tikinti fəaliyyəti sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmasınaşübhələr üçün əsaslar müəyyən edildiyindən faktla bağlı cinayət işi başlanıb.

Ə.Şükürova Cinayət Məcəlləsinin 188.2 (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi və tikinti işlərinə başlanılmasına dair xüsusi nişan alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlər görülməsi təmin ediləcək.

Previous Post

Azərbaycanda tikinti şirkətinin rəhbəri həbs edildi

Next Post

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişlənd

Bənzər yazılar

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

05 Oktyabr 2026 - 09:14

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, oktyabrın 5-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,06% azalaraq 1...

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07

Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər. Elchi.az xəbər verir ki,...

Next Post
Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişlənd

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişlənd

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişlənd

Azercell-in 4G şəbəkəsi daha 5 bölgə boyu genişlənd

Son xəbərlər

Qocalan beyin zəifləmir; uyğunlaşır

Qocalan beyin zəifləmir; uyğunlaşır

05 Oktyabr 2026 - 10:53
Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

Günəş işığı və sudan hidrogen istehsalı üçün yeni material hazırlanıb

05 Oktyabr 2026 - 10:44
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

05 Oktyabr 2026 - 10:32
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

Rusiyada laboratoriya işçisinin şübhəli ölümü epidemiya qorxusu yaratdı

05 Oktyabr 2026 - 10:25
Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

Tədqiqat: Yer və Mars fundamental olaraq fərqli yollarla formalaşıb

05 Oktyabr 2026 - 10:12
Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

Nazir: Müəllimlik ən çətin, ən şərəfli peşələrdən biridir

05 Oktyabr 2026 - 09:57
DİM-də IELTS imtahanı təşkil olunacaq

DİM-də IELTS imtahanı təşkil olunacaq

05 Oktyabr 2026 - 09:43
Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib

Yağışla əlaqədar yollarda endirilən sürət həddi bərpa edilib

05 Oktyabr 2026 - 09:35
Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

05 Oktyabr 2026 - 09:26
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

05 Oktyabr 2026 - 09:14
“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.