Azərbaycanda qəribə müsabiqə: Yekə burunlu şəxslər axtarılır

48

Azərbaycan efirində qəribə müsabiqə elan edilib.

Elchi.az oxu24.com-a istinadla xəbər verir ki, ARB kanalında yayımlanan “Həmin Zaur” verilişində “Yekə burun” müsabiqəsi elan edilib.

Qaydalara əsasən Azərbaycanda yekə burunu olan şəxslər verilişin müsabiqəsinə qatılacaq və məşhur plastik cərrahlardan biri seçilmiş şəxsi pulsuz əməliyyat edəcək.

Bunun üçün yekə burun şəxslərdən verilişin əlaqə vasitələrinə şəkillərini göndərilməsi tələb olunur.