Azərbaycanda ov edən xarici ölkə vətəndaşları cəzalandırıldılar

31

İmişli rayonu, Xələfli kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıblar.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Yəmən vətəndaşı Al-Jaberı Mohammed Othman Hasan Munef və ABŞ vətəndaşı Al Saraj Hamad olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”, – deyə xidmət rəsmisi bildirib.(oxu.az)