"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti qadağan oluna bilər

26 Yanvar 2016 - 19:16
in XƏBƏR LENTİ
FacebookVatsap

Milli Məclis

Bunu da oxuyun

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Hakim partiya “Siyasi partiyalar haqqında” qanunun dəyişdirilməsini zəruri hesab edir, hakimiyyətin opponentləri isə bu dəyişikliyi mürtəce addım kimi dəyərləndirirlər.

“Məşhur lətifədə deyilir ki, Əzrayıl uşaq paylayır, istəyirsizmi, camaat da deyir ki, Əzrayıl bizim uşaqlara dəyməsin, onun gətirdiyi uşağı istəmirik. Siyavuş Novruzov və onun təmsil olunduğu hakimiyyət qanunu daha da mürtəceləşdirməsin, dəyişikliklərə və nizamlamaya ehtiyac yoxdur”.
İqtidar - müxalifət dialoqu

Bu sözləri Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovun “Siyasi partiyalar haqqında” qanunun dəyişdirilməsi zərurəti barədə fikirlərini Sputnik-ə şərh edərkən deyib.

Siyavuş Novruzov bu gün APA-ya açıqlamasında deyib ki, Azərbaycanda bəzi partiyalar fəaliyyət göstərmək əvəzinə alqı-satqı obyektinə çevrilib, bəzilərinin isə hüquqi mənsubiyyəti üzərində mübahisə yaranıb, partiyanın kimə aid olması bəlli deyil. Bunlara son qoymaq üçün qanunvericilikdə dəyişiklik etməyə, məsələlərin hüquqi bazasını konkretləşdirməyə qərar veriblər.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanuna və bundan irəli gələrək digər qanunvericiliyə dəyişikliklərin edilməsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. “Dünya təcrübəsində var ki, partiya yaranandan sonra iki ildə heç bir siyasi prosesdə iştirak etmirsə, avtomatik bağlanır. Yeni hüquqi baza yaradarkən bunları nəzərə alacağıq” — deyə YAP yetkilisi əlavə edib.

Bəzi partiyalarda hüquqi və siyasi qalmaqalların olduğunu vurğulayan Novruzov deyib: “Bizdə bəzi partiyalar funksiyalarını yerinə yetirmir, alqı-satqı bazasına çevrilir. 90-cı illərdə Azərbaycanda qeydiyyatdan keçmiş siyasi partiyanı sonradan kimsə alır, kimsə nəsə edir. Bir sıra partiyalarda artıq məhkəmə çəkişmələri başlayıb. Bir tərəf deyir ki, partiyanın adı, möhürü mənə aiddir, digər tərəf isə ona aid olduğunu iddia edir. Biz bütün bunların hamsını qanunla tənzimləməliyik”.

Bu problemlərin hazırda AXCP və Müsavat Partiyalarında olduğunu deyən S. Novruzov bildirib ki, yeni dəyişiklik bu məsələləri həll edəcək, mübahisələrə son qoyacaq. Siyavuş Novruzovun bu fikirləri isə adıçəkilən partiyaların rəhbərliyini hiddətləndirib.

Sərdar Cəlaloğlu

Gülağa Aslanlı deyib ki, Azərbaycan hakimiyyəti son dövrlərdə tez-tez özünün qəbul etdiyi qanunları, hətta Konstitusiyanı dəyişərək, ora öz mənafelərinə uyğun gələn maddələri salmağa çalışır. O, “Siyasi partiyalar haqqında” qanunda əvvəllər edilən dəyişikliklərin də məntiqə söykənmədiyini ifadə edib: “Heç özləri də dəqiq izah edə bilmirlər ki, nə üçün siyasi partiyalar maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına verməlidir. Bunu Siyavuş Novruzovdan soruşsanız, izah edə bilməyəcək”.

Müsavat Partiyasından ayrılan dəstənin partiyanı özününküləşdirmək istiqamətində hər hansı uğura nail olmadığını vurğulayan G.Aslanlı deyib ki, Siyavuş Novruzov Müsavat Partiyasının adını çəkməklə, hakimiyyətin bu məsələdə rolu olduğunu sübut edib.

Müsavat yetkilisi ölkəni böhranın bürüdüyü bir vaxtda “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər məsələsinin gündəmə gətirilməsini məqsədli atılmış addım kimi dəyərləndirib: “Siyavuş Novruzov səriştəsiz siyasət nəticəsində camaatı saldıqları ağır sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırmaq üçün “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər məsələsini ortaya atıb”.

Siyavuş Novruzovun dediklərini Sputnik üçün şərh edən AXCP sədrinin müavini Nurəddin Məmmədli də YAP yetkilisinin açıqlamasının əsassız olduğunu deyib: “Hakimiyyət onsuz da bizi yarımleqal vəziyyətdə fəaliyyət göstərməyə vadar edib. Qərargahımızı alıblar, ikinci şəxsi mülkiyyətimiz olan qərargahımızın qapısını qaynaqlayıblar, icarə götürdüyümüz ikimərtəbəli qərargahımızı partladıblar, biz hər cür maliyyə yardımından məhrum olunmuşuq. Bizim partiya fəallarımız saxta ittihamlarla həbsxanalara doldurulub. Biz onsuz da qeydiyyatdan keçməmiş bir təşkilat kimi fəaliyyət göstəririk. Bunların bundan sonra atacağı addımlar da faktiki olaraq bizi maraqlandırmır”.

Sülhəddin Əkbər

N. Məmmədli hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun ölkə Konstitusiyası ilə ziddiyyət təşkil etdiyini deyib: “Konstitusiyada xüsusi maddə var ki, hər bir Azərbaycan vətəndaşının başqaları ilə birləşərək siyasətlə məşğul olmaq hüququna təminat verilir. Bu, Konstitusiya ilə təsbit olunmuş və beynəlxalq konvensiyaların əsas prinsiplərindən biri olduğuna görə, heç bir vətəndaşın siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyula bilməz. Dünyanın heç bir demokratik ölkəsində ümumiyyətlə partiyanın dövlət qeydiyyatı anlayışı yoxdur”.

Onun sözlərinə görə, bu gün mövcud olan qanuna görə, partiyanın siyasi fəaliyyətlə məşğul olması üçün mütləq 1000 üzvü olmalıdır: “Bu, absurddur. Çünki əgər partiyanın 999 üzvü olsa, onun fəaliyyətini qadağan edirlər. Heç bir demokratik ölkədə 999 adamın taleyi, hüququ bir adamınkına bağlana bilməz”.

AXCP yetkilisi onu da deyib ki, qanunda hansı dəyişikliklərin olmasına baxmayaraq, partiya öz yolu ilə gedəcək: “Biz öz fəaliyyətimizi istənilən şəraitdə davam etdirəcəyik. Siyavuş Novruzov kimi adamların nə deməyinə baxıb siyasi işlə məşğul olsaydıq, onda çoxdan fəaliyyətimizi dayandırıb, qapılarımızı bağlamışdıq”.

Previous Post

Azərbaycanda müxalifət partiyalarının fəaliyyəti qadağan oluna bilər

Next Post

Eynulla Fətullayev axırıncı qalamqallı məmur arvadı haqqında danışdı – Məlumat Türkiyədən ötürülüb

Bənzər yazılar

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

12 Avqust 2026 - 16:35

Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb. Elchi.az...

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat...

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Next Post

Eynulla Fətullayev axırıncı qalamqallı məmur arvadı haqqında danışdı - Məlumat Türkiyədən ötürülüb

Eynulla Fətullayev axırıncı qalamqallı məmur arvadı haqqında danışdı - Məlumat Türkiyədən ötürülüb

Son xəbərlər

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

Yeni təmayül tədris modeli üzrə 7 mindən çox şagird müraciət edib

13 Avqust 2026 - 11:23
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayı 265-ə çatıb

13 Avqust 2026 - 11:16
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

13 Avqust 2026 - 11:08
ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

ÜST-dən Ebola xəbərdarlığı: Tarixin ən ölümcül epidemiyası ola bilər

13 Avqust 2026 - 10:59
Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

13 Avqust 2026 - 10:46
Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

Telefonları təkbaşına idarə edən süni intellekt gəlir

13 Avqust 2026 - 10:35
Naxçıvanda vergi daxilolmaları 4%-ə yaxın artıb

Əhaliyə yeddi ayda 6 milyard manatdan çox sosial ödəniş edilib

13 Avqust 2026 - 10:27
Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

13 Avqust 2026 - 10:18
NASA Marsda təəccüblü kəşf edib

NASA Marsda təəccüblü kəşf edib

13 Avqust 2026 - 10:04
DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib

13 Avqust 2026 - 09:52
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti 95.5 dollara satılır

13 Avqust 2026 - 09:44
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan elektroenergetika sahəsində yeni layihə üzrə danışıqlar aparır

13 Avqust 2026 - 09:35
Yasamalda yaşayış evində partlayış oldu: Ölən və yaralanan var

Bakının mərkəzində obyektdə və mənzillərdə yanğın olub

13 Avqust 2026 - 09:27
Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini endirdi

Dünya bazarlarında neft ucuzlaşıb

13 Avqust 2026 - 09:13
Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.