Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü

🗓 03.04.2018 14:55 ✍️ "Elçi" qəzeti
Azərbaycanda keçmiş vəzifəli şəxs həbsdə öldü
Bakıda məhkum xəstəlikdən ölüb. APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib. Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.

Bənzər yazılar