Azərbaycanda kərə yağı istehsalının həcmləri açıqlanıb

🗓 24.05.2025 13:41 ✍️ "Elçi" qəzeti
Azərbaycanda kərə yağı istehsalının həcmləri açıqlanıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 min 689,6 ton kərə yağı istehsal edilib. Elchi.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 % azdır. Mayın 1-nə ölkədə 25,9 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 18,6 % azdır. Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.

Bənzər yazılar