"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Azərbaycanda idman, dünyada müharibə oyunları… – ŞƏRH

14 May 2015 - 13:58
in Banner, MANŞET
FacebookVatsap

11269692_414201448785918_1659733768_nDiqqət! Ölkəmiz özünü təqdim edir: onlarda silah, bizdəsə…

Bunu da oxuyun

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Dövlət də canlıdı. Görən gözü, döyünən ürəyi, düşünən beynilə insana aid olanları ehtiva edir.
Hər bir fərd kimi, hər bir dövlət də öz xarakterilə seçilir. Ancaq o fərd deyil, toplumdu, milyonların arzu və istəklərinin ifadəçisidi.
Dövlətin xarizması sadəcə hüquq, iqtisadiyyat, siyasət və əxlaq normaları ilə məhdudlaşmır. O hər gün mənsub olduğu cəmiyyətə və dünyaya öz simasını, öz məqsəd və məramını təqdim edir; bəşəriyyətə təmsil etdiyi xalqın qayğılarından, ağrı-acısından danışır və bu zaman milli-mənəvi dəyərləri, humanizm prinsiplərini, bir sözlə, öz formasını qorumağa çalışır…

***

İdealda belədi, ancaq…
Ancaq dünya ikili standartları ilə ikiüzlüdü…
İndi o, maraqların toqquşduğu yerdə daha çox insana və insanlığa, sülhə və əmin-amanlığa qarşı yönələn davamlı təhdidlərilə yadda qalır. Bunula da, bəşəriyyətə öz baş qəhrəmanını təpədən-dırnağadək silahlamış, insaf-mürvət tanımayan qəzəbli əsgər obrazında təqdim edir…

***

Bu bizim onunla ilk görüşümüz deyil…
Biz onu qoca tarixin yaddaşından yaxşı tanıyırıq:
Qitənin kəşfindən sonra amerikalılar 400 il müddətdə 75 milyon hindunu qanına qəltan etdilər, bu insanların müqəddəs sandıqları torpaqlarda, onların cəsədləri üzərində tikdikləri malikanəyə isə AĞ EV (!) adını verdilər;
Məhz bu dövrdə Afrika 90 milyon insanını itirdi və oradan Amerikaya 15 milyon kölə gətirildi;
Bu həmin Amerikadı ki, borc üzündən Dominiki, Meksikanı tankların tırtılları altına aldı, 50 min insanın qanına susadı;
Xirosima və Naqasakiyə atdığı atom bombasıyla 400 min adamı bir ocaqda yandırıb külə döndərdi;
Vyetnamda, Kubada, İraqda… milyonlarla insanın qətlində də məhz Amerikanın möhtəşəm imzası dayanır…
Biz hələ Fransanı demirik. Əlcəzairdə milyon yarım insanı süngüdən keçirməklə özünü demokratiya, sülh carçısı kimi tanıdan bu möhtəşəm Avropa ölkəsi tarixdə ən qanlı və amansız savaş səhnəsinin müəllifinə çevrildi.
İŞİD də onların balasıdı…
İŞİD də onların bəlasıdı…
On yaşlı uşağı silahla yükləyib cəllada çevirənlər də onlardı!..
…Gördüklərimiz, eşitdiklərimiz və oxuduqlarımız bu siyahını sonsuzadək uzatmaq imkanı verir.

***

Biz çox kədərliyik…
Həm də ona görə kədərliyik ki, tarixin amansız ironiyasını yaşayan xalqların sırasında indi bizim də adımız var…
Yağmalanmış torpağımızla, qətlə yetirilmiş dinc sakinlərimizlə, girov götürülmüş vətəndaşlarımızla kədərliyik…
Siz qətllərinizlə, biz kədərimizlə böyüyük…

***

Hər şey gözlərimizin qarşısında – şəhərləri dağıdılan, sakinləri qətlə yetirilən müsəlman ölkələrinin xarabalıqları fonunda baş verir.
İnsan qanında boğulan, viran qalmış bu yurd yerlərində yenə demokratiyadan, söz və vicdan azadlığından danışmaq istəyirsizsə, cənablar, buyurun…
Ancaq əvvəlcə Qərbdə və Avropadakı sakinlərinizə xoşbəxt həyat, işıqlı gələcək bəxş edən silah anbarlarınızın qapılarını, lütfən, bir anlıq qapayın.
Atdığınız mərmilərin aramsız gurultusunu kəsin ki, sizi eşidə bilək; sizi dinləyə-dinləyə hədəf seçdiyiniz, tikə-tikə parçalanmış günahsız körpələrimizin açıq qalmış gözlərini, heç olmasa, sığıyaq; küçələrdə qalaqlanan meyitlərimizi, heç olmasa, basdıra bilək…
Budur, keçdiyiniz dərs…
Budur, gözlərinizi tutan petrol qoxusu…
Budur, yaratdığınız tarix…

***

Bu dərs sərhəd-filan tanımır, vəhşi bir ehtirasla müsəlman dünyasının üstünə şığıyır, müsəlman dünyasını viran qoyur, dinc insanların başına ələnən mərmilərlə möhürlənir, tarixə köçürülür.
Sizin əlinizlə, bizim qanımızla yazılan tarixə…
Hər şey gözlərimizin qarşısında baş verir…
Naləsi ərşə çəkilən körpələrimizin göz yaşları da axıtdığınız nahaq qanları yuya bilmir…
Naləsi ərşə çəkilən körpələrimizin göz yaşlarında yuyursuz əllərinizin qanını.
Sonra o əllərlə isti-rahat odalarda mürgüləyən balalarınızın saçlarına sığal çəkirsiz…
Budur, keçdiyiniz dərs…
Budur, yaratdığınız tarix…

***

Bu tarixin gödən savaşında güllələdiyiniz o məsum körpəni gördüzmü heç!
Güllələdiyiniz o məsum körpənin can verə-verə söylədiklərini eşitdizmi heç!
O körpə son nəfəsini də: “Hər şeyi Allaha danışacağam” – deyə-deyə, dərdi!
Siz Allahı da satın almısız…
Yox, Allahı satın almamısız, pulunuz-paranız Allahın yerdəki “elçi”lərinə çatıb ancaq…
Siz Allahın yerdəki “elçi”lərini satın alıb şeytana satılmısız…
Mərmiləriniz Allahın yerdəki “elçi”lərinin xeyir-duası ilə dirilir.
Biz o mərmilərin dirildiyi yerdə ölürük…
Budur, keçdiyiniz dərs…
Budur, yaratdığınız tarix…

***

“Erməni şəhidlərinə baş əyən” Roma Papasının “soyqırım ağrısı” da Allaha – həqiqətə xəyanətdi, müqəddəs kitabların şahidliyilə zorla mənəviyyata calanan, tarixə sırınan xəyanət!..
“Erməni soyqırımı”nı tanıyan Roma Papasını Allah tanımır!..
Roma Papası “erməni soyqırımı”nı tanımaqla yaşatmalı olduğu müqəddəs dəyərləri əsgər libasına dəyişdi, əlinə silah aldı, ermənilərlə çiyin-çiyinə Türk dünyasına qarşı cihada qalxdı!..
İşğal olunmuş Azərbaycan torpaqlarında – Qarabağda səngər qazdı!..
Tarix boyu qadınları tonqallarda yandıran, erməniləri katolik dinini qəbul etmədikləri üçün kilsədən qovan, Vatikan, bu gün səndən də mərhəmət, sevgi qoxusu gəlmir!
Səndən ölüm qorxusu, qan qoxusu gəlir….
Çünki yüz il bundan qabaq başverənləri “görürsən”, amma iyirmi il bundan əvvəl ermənilərin törətdiyi, qanı hələ qurumayan, yaraları hələ qaysaqlanmayan Xocalı soyqırımını görmürsən…
Budur, keçdiyiniz dərs…
Budur, yaratdığınız tarix…

***


Biz çox kədərliyik…
Kədərimizin ünvanı işğal olunmuş torpaqlarımızdı, viran qoyulmuş tarixi məbədlərimizdi, qətlə yetirilmiş dinc sakinlərimizdi, əsir götürülmüş vətəndaşlarımızdı…
Hər addımda tapdanan haqqımızla kədərliyik…
Bu kədəri, bu faciəni yaşaya-yaşaya Azərbaycan yenə də ayaqda dayanmağı bacarır, dərdini-sərini udur, özünü dünyaya fərqli bir obrazda təqdim edir: Bakı həm də neçə-neçə bəşəri əhəmiyyətli sosial, elmi, siyasi, ictimai, mədəni törənlərin paytaxtıdı, dünyaca tanınmış ünlü şəxsiyyətlərin evidi, ocağıdı…
Hər il burada inşa və bərpa edilən məktəblər, mədəniyyət evləri, olimpiya idman kompleksləri, kilsə və məscidlər… Azərbaycan dövlətinin iradəsi deyilmi.
Bu da bizim keçdiyimiz dərsdi…
Bu da bizim yaratdığımız tarixdi…

***

Bu dərs, bu tarix hər addımda haqqı tapdanan, sərhədlərinə təcavüz edilən bir ölkənin dünya sivilyaziyasına verə biləcəyi ən böyük töhfədi, ən böyük dəyərdi.
Bu yolda Azərbaycan dövləti heç bir maneə, sərhəd-filan tanımır. Çünki özünə, yürütdüyü siyasətə və xalqına güvənir. Onun iradəsini, qürurunu sındırmağa çalışanlar Liviyadakı, Suriyadakı… güclərini Azərbaycana transfer etmək istəyənlərdi. Vətəndaşlarımızı adam-adam dövlətdən qoparıb qurduqları tələyə – qazamata salırlar ki, sonradan onlara “siyasi məhbus” damğası vursunlar, ölkəmizin üstünə yerisinlər. Çünki insanın dövlətdən kənarda təhlükəli olduğunu (Aristotel – İ.R.) çox gözəl bilirlər.
Amma nahaq yerə…

***

Bu, bizim haqqımız deyil!
Çünki az qala bütün nəhəng dövlətlərin əyninə əsgər libası geydiyi, əlinə silah aldığı bir vaxtda Azərbaycan dünyanın qarşısına sülh çağırışı ilə, gül dəstələrilə çıxır. Birinci Avropa Oyunlarına ev sahibliyi edir. Yüksək təşkilatçılıq, ali qonaqpərvərlik nümunəsi sərgiləyir.
Bəs qarşılığında nə görür!!!
Dünənədək Birinci Avropa Oyunlarına dəstək verənlər bu gün Azərbaycana tamam fərqli mövqedən boylanırlar. Əllərinin qanını üstümüzə silməyə çalışırlar. İçimizdən özlərinə tərəfdaş alırlar. İnsanlarımızı dövlətdən qoparmaq istəyirlər…
Niyəsi bəllidi. Onlara gündən-günə ayağa qalxan, dirçələn, müasirləşən bir ölkə lazım deyil! Onlara insanları yandırıb külə döndərən ocaq lazımdı, ocaq. Anarxiya, xaos lazımdı, xaos! Onların evləri bu ocaqla isinir, çörəyi bu xaosla qazanılır. Ancaq o da var ki, sözünə hörmət qoymayanın özünə də hörmət qoymazlar…
Dövlətimizin dayanıqlı müstəqil siyasəti, sözünü sonadək tutması, əmin-amanlığımız hələ çoxlarını qıcıqlandıracaq, hələ çoxlarını üstümüzə qaldıracaq. Bunu bilirik. Onu da bilirik ki, biz dünyanı güllə-mərmi işığına çağırmırıq. Biz alovlandırdığımız Avropa Oyunları məşəlinin işığına dəvət edirik dunyanı. Bəlkə bu işıqda Azərbaycanı daha aydın gördü, daha yaxından tanıdı…

İbrahim RÜSTƏMLİ

Previous Post

Azərbaycanda idman, dünyada müharibə oyunları… – ŞƏRH

Next Post

NATO-da İŞİD-ə qarşı variantlar müzakirə edilib

Bənzər yazılar

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

Zelenski Tramp, Putin və Si Cinpin görüşünün gündəmini öyrənmək istəyir

20 Oktyabr 2026 - 17:35

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və ÇXR Sədri Si Cinpin arasında keçirilməsi ehtimal...

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52

Serbiya Rusiyaya qarşı çıxmaq istəmir və Avropaya mane olan və onun siyasi elitasını qıcıqlandıran Ukrayna münaqişəsində neytrallığı qorumağa çalışır. Elchi.az...

Tramp və Netanyahudan İrana hücum siqnalı!

Tramp və Netanyahudan İrana hücum siqnalı!

20 Oktyabr 2026 - 12:21

ABŞ-da fəaliyyət göstərən "Washington Post" qəzetinin məlumatına görə, İran Hörmüz boğazında hücumları artırmaqla ABŞ Prezidenti Donald Trampa təzyiqi gücləndirməyi hədəfləyir....

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Türkiyə qarşıdurmalardan yayınmalıdır” – MÜSAHİBƏ

19 Oktyabr 2026 - 19:25

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev İsraildə...

Next Post

NATO-da İŞİD-ə qarşı variantlar müzakirə edilib

NATO-da İŞİD-ə qarşı variantlar müzakirə edilib

Son xəbərlər

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

Qalibaf: ABŞ yeddi şərti icra etməsə, İranın etimadını qazana bilməz

20 Oktyabr 2026 - 21:51
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb

20 Oktyabr 2026 - 21:49
Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

Sabah Hökməli–Qobu–Güzdək avtomobil yolunda hərəkət tam məhdudlaşdırılacaq

20 Oktyabr 2026 - 21:47
Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

Kanada və Türkiyə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bəyannamə imzalamağı planlaşdırır

20 Oktyabr 2026 - 21:39
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

Osloda Zelenski və Uitkoffun görüşü başlayıb

20 Oktyabr 2026 - 20:06
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

SEPAH: Hörmüz boğazında neft tankeri yanıb

20 Oktyabr 2026 - 20:00
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

20 Oktyabr 2026 - 19:59
“Qarabağ” və “Neftçi” cərimə edildi

“Qarabağ” və “Neftçi” cərimə edildi

20 Oktyabr 2026 - 19:26
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi

20 Oktyabr 2026 - 19:05
Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

Azərbaycan XİN Fransaya səyahət barədə xəbərdarlıq edib

20 Oktyabr 2026 - 18:46
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub

20 Oktyabr 2026 - 18:34
Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

Fransada biznes sahibləri özlərini qorumaq üçün silahlanır

20 Oktyabr 2026 - 18:21
Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

20 Oktyabr 2026 - 18:14
“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

“Brent”in qiyməti 5 ayın ən yüksək səviyyəsindədir

20 Oktyabr 2026 - 17:59
Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

Sumqayıtda Energetiklər Günü qeyd olundu – FOTO

20 Oktyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.