"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Azərbaycanda epidemiya təhlükəsi yoxdur” – Baş infeksionist

04 Fevral 2019 - 15:00
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

“Hazırda Azərbaycanda qızılca və A (H1N1) virusunun epidemiya halı alması təhlükəsi yoxdur”.

Bunu da oxuyun

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

Bakıda bu yol 3 gecə bağlı olacaq

Bunu “Report”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, ölkədə qızılcaya yoluxma halları qeydə alınıb: “Lakin bununla bağlı ciddi artım baş verməyib. Yoluxma halları adətən yaşlı insanlar, əsasən də tələbələr, yuxarı sinif şagirdləri arasında müşahidə olunur. Bu da onların vaxtı ilə peyvənd olunmaması ilə əlaqədardır. Hətta peyvənd olunmuş olsalar belə, bunun da müddəti var. Çünki peyvəndlərin təsiri 10-13 ildən sonra zəifləyir və yoluxma halları yenidən qeydə alınır”.

C.İsayev Səhiyyə Nazirliyinin qızılcaya görə 160 min doz peyvəndin alınmasını sifariş verdiyini də xatırladıb. O qeyd edib ki, bu xəstəlik hava-damcı infeksiyası olduğundan insanlar maksimum dərəcədə özlərini qorumağı bacarmalıdır: “Yəni, belə xəstələr insanların sıx olduqları yerlərə getməməli, ictimaiyyət arasına mümkün qədər az çıxmalıdırlar. Bu, digər insanların virusa yoluxdurulmamaları baxımından vacibdir. Çünki xəstəliyin əlamətləri meydana çıxandan sonrakı 4 gün müddətində bu ətrafdakılar üçün təhlükəli ola bilər. Əslində xəstələnən insanların harasa çıxmağa halı olmasa belə, yenə də ehtiyatlı olmaq lazımdır”.

Baş infeksionist əlavə edib ki, əgər qonşu ölkələrdə qızılca geniş yayılıbsa, bunun Azərbaycana da təsiri qaçılmazdır: “Azərbaycanda bu xəstəlik epidemiyaya çevrilməyib. Az sayda insanlar arasında rast gəlinir və güman edirəm ki, mart ayının əvvəlinə peyvəndləmə işlərinə başlanılacaq”.

C.İsayev həmçinin Azərbaycanda A (H1N1) virusunun yayılması haqqında məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bu, mövsümi qripdir: “Bu virus ağır gedişə malik deyil. Ağır gediş o zaman ola bilər ki, insan mövsümlə əlaqəli qrip olduqda özünə diqqət etməsin. Yəni, xəstə insanlar bilərəkdən işə və ya başqa kollektivə gedərək yoluxmanı artırmış olur. Ev şəraitində olsa belə, müalicəni vaxtında almış olsa, xəstəliyin ağırlaşma forması da az olar. Ağırlaşma halı olanda da, dərhal həkimə müraciət edib bunun qarşısını ala bilər. Ümumi götürsək bütün xəstəliklərin hamısı təhlükəlidir. Əsas odur ki, insanlar özlərinə düzgün qulluq etməyi bacarsınlar. Yaşlılar, körpələr, hamilə qadınlar yanaşı xəstəlikləri olan insanlarda qrip təhlükəlidir. Həmin insanlarda ağırlaşma ehtimalı yüksəkdir. Gürcüstanda bu virusdan öldüyü deyilən şəxslərin yanaşı xəstəlikləri olub və bu səbəbdən dünyasını dəyişiblər. Çünki tək bu virusdan ölüm halları olmur”.

Ölkənin baş infeksionisti vurğulayıb ki, bu günə qədər Azərbaycanda A (H1N1) virusundan ölüm faktı qeydə alınmayıb.

Previous Post

“Azərbaycanda epidemiya təhlükəsi yoxdur” – Baş infeksionist

Next Post

Bu il 36 min nəfərə pensiya təyin olunacaq

Bənzər yazılar

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

09 Oktyabr 2026 - 16:00

ABŞ münaqişənin davam edəcəyi təqdirdə Ukraynanı sərt qışla üzləşəcəyinə inanır. Elchi.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. ABŞ...

Bakıda bu yol 3 gecə bağlı olacaq

Bakıda bu yol 3 gecə bağlı olacaq

09 Oktyabr 2026 - 15:51

Bakının Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq. Elchi.az...

Dərsə getməyən şagirdlərin valideynləri cərimələnə bilər – VİDEO

Dərsə getməyən şagirdlərin valideynləri cərimələnə bilər – VİDEO

09 Oktyabr 2026 - 15:08

Şagirdlər bir ay ərzində üzrlü səbəblər olmadan 7 gündən çox dərsdən qala bilməz. Elchi.az xəbər verir ki, bununla bağlı İctimai...

Next Post
Bu il 36 min nəfərə pensiya təyin olunacaq

Bu il 36 min nəfərə pensiya təyin olunacaq

Bu il 36 min nəfərə pensiya təyin olunacaq

Bu il 36 min nəfərə pensiya təyin olunacaq

Son xəbərlər

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48
“Arsenal” Xulian Alvares üçün yanvarda yeni təklif göndərəcək

“Arsenal” Xulian Alvares üçün yanvarda yeni təklif göndərəcək

09 Oktyabr 2026 - 17:36
Hindistan Maskın “Starlink”ə qarşı ayrı-seçkilik ittihamlarına cavab verib

Hindistan Maskın “Starlink”ə qarşı ayrı-seçkilik ittihamlarına cavab verib

09 Oktyabr 2026 - 17:25
Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17
Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10
Niderland BCM-ə verilən sanksiya qərarına qarşı cavab tədbirlərini müzakirə edir

Niderland BCM-ə verilən sanksiya qərarına qarşı cavab tədbirlərini müzakirə edir

09 Oktyabr 2026 - 16:59
Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38
Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

Xəzərlə bağlı həyəcan təbili: Dənizin suyunun kəskin azalması yalnız ekoloji deyil, həm də iqtisadi və strateji problemdir – TƏHLİL

09 Oktyabr 2026 - 16:34
Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12
Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08
ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

ABŞ Ukrayna üçün sərt qış proqnozlaşdırırdı

09 Oktyabr 2026 - 16:00
Bakıda bu yol 3 gecə bağlı olacaq

Bakıda bu yol 3 gecə bağlı olacaq

09 Oktyabr 2026 - 15:51
Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

Putin: Xəzər dənizi təkcə Rusiyada 20 min kvadrat kilometrdən çox azalıb

09 Oktyabr 2026 - 15:42
Pezeşkian MDB və İran arasında “MDB+1” formatının yaradılmasını təklif edib

Pezeşkian MDB və İran arasında “MDB+1” formatının yaradılmasını təklif edib

09 Oktyabr 2026 - 15:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.