Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.
Elchi.az Report-a istinadən xəbər verir ki, kənd sakini – 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.
Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.
Faktla bağlı araşdırma aparılır.
Narkotikin təsiri altında olan sürücü həbs edilib
Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...





















Son şərhlər