"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Azərbaycanda belə rəssam da var – (Fotolar)

01 Mart 2015 - 21:06
in ŞOU
FacebookVatsap

Azərbaycanda belə rəssam da var - (Fotolar)“Rəssamlıq mənim üçün özünüifadə, özünütəsdiq üsuludur. Mənim sağlam insanlarla eyni sərgilərdə iştirakım və nailiyyətlərim bunun sübutudur. Ümumiyyətlə, incəsənət mənim üçün hər şeydir”.

Bunu virtualaz.org saytının müxbiri ilə söhbətində gənc və istedadlı rəssam Könül İsmayılova deyib. Könül I qrup əlildir, ona serebral iflic diaqnozu qoyulub. Buna baxmayaraq Könül inadı, fədakarlığı, iradəsi sayəsində uğur qazanıb.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Könül deyir ki, hələ uşaq yaşlarından bədii tikmə sənətinə və rəssamlığa meyl salıb. Bədii tikmənin sirlərinə kitablardan bu sənət haqda oxumaqla yiyələnib. Əvvəllər o, rəssamlıqla həvəskar səviyyədə məşğul olsa da son bir neçə ildə artıq peşəkar rəssam kimi bir çox sərgi və festivallarda iştirak edib.

K.İsmayılova uğurlarını sadalayır, qatıldığı sərgilərdən həvəslə danışır. Deyir ki, 2009-cu ildə Moskvada keçirilən Beynəlxalq Xalq Yaradıcılığı Festivalına qatılıb. Onun əl işləri tətbiqi incəsənət nümunələri pavilyonunda sərgilənib. Buna görə Rusiyanın Gənclər və İdman Nazirliyi tərəfindən diploma və xüsusi mükafata layiq görülüb.

Könül deyir ki, yenə də 2009-cu ildə sağlamlıq imkanı məhdud olan qızlar arasında keçirilən gözəllik müsabiqəsinə qatılıb. Yenə həmin ildə VII Ümumrespublika yaradıcılıq sərgisində ilk dəfə iştirak edib. 2010-cu ildə Polşanın Varşava, Betskoç və Torun şəhərlərində “Mədəniyyət və incəsənət sahəsində təcrübə mübadiləsi” adlı beynəlxalq yaradıcılıq proqramında Azərbaycanı təmsil və ölkəmiz adından çıxış edib. Bundan başqa 2010-cu ildə 2009-cu il üzrə ilin ən yaxşı gənclərinin mükafatlandırılması mərasimində, Moskvada keçirilən beynəlxalq festivallarda iştirakına görə ilin ən yaxşı gəncləri sırasına daxil olub. Həmçinin 2010-cu ildə  sağlamlıq imkanları məhdud olan gənclərin problemləri üzrə koordinator təyin edilib.

2011-ci ildə xalq yaradıcılığı festivalında tətbiqi incəsənət nominasiyası üzrə iştirak edib və diplomla təltif olunub. 2012-ci ildə VIII Ümumrespublika yaradıcılıq sərgisində, 2013-cü ildə “Kitablar dünyası rəssamın gözü ilə” sərgisində iştirak edib və birinci yerə layiq görülüb. Son sərgi Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Emin Qəhrəmanov Art Studiya” tərəfindən təşkil olunub. 2014-cü ildə “Kapelhause”da “Almaniya rəssamların gözü ilə” sərgidə “Kölndə məscid” adlı rəsm işi də ona diplom qazandırıb və s.

Könül hazırda Rusiya Müasir İnnovasiya Humanitar Akademiyasının sənətşünaslıq fakultəsində təhsil alır. Rəssam onu da deyir ki, 2014-cü ildən Uluslararası Aktivist Sanatçılar Birliyinə (UASB) üzv olub, bu birliyin təşkil etdiyi bir çox sərgilərdə də iştirak edib. 35-dən çox nümayəndəlikləri olan UASB-nin mərkəzi Türkiyənin İzmir şəhərindədir.

-Könül, bir çox sərgilərdə iştirak etdiyini deyirsən. Bəs fərdi sərgini təşkil etmək planların varmı?

-Əlbəttə, belə planlarım var. Artıq Bakı və İstanbuldan rəsmlərimdən ibarət fərdi sərgimin təşkili ilə bağlı təklif almışam. Onları həyata keçirmək üçün çox çalışıram.

-Bu sənətdə özün üçün rol model seçdiyin, məktəb hesab etdiyin yerli və dünya rəssamlarından kimlərin adını çəkə bilərsən?

-Mən incəsənətdə impressionizm və postimpressionizm adlı cərəyanların vurğunuyam. Buna görə də bu üslubda çəkilmiş rəsmlərə üstünlük verirəm. Bu fırça ustalarının əsərləri məni valeh edir və ilham verir. Onlardan Klod, Edvard Mone, Ogüst Renuar, Pissaro, Beta Morizzo, Alfred Sisley, Frederik Bazil, Edqa Deka, Leonid Afryomov və digərlərinin adlarını çəkə bilərəm. Əlbəttə, Toğrul Nərimanbəyov, Ağəli İbrahimov, Arif Hüseynov, Tahir Salahov, Səttar Bəhlulzadə, Vəcihə Səmədova kimi Azərbaycan xalq rəssamlarının da əsərlərinə çox böyük rəğbətim var. Lakin mənim yaradıcılığımda bilavasitə rol oynayan və hər zaman məni dəstəkləyən müəllimlərimi xüsusi olaraq qeyd etmək istərdim. Elçin Bünyadov, Emin Qəhrəmanov və Zöhrab Cabbarova mənə rəsm işlərinin texnikasını, hər bir incəliyini öyrətdiklərinə, əmək sərf etdiklərinə görə minnətdarlığımı bildirirəm.

-Əsərlərində daha çox hansı janrlardan istifadə edirsən?

-Mən əsasən peyzaj və natürmortlar çəkirəm. Təbiətimizin, dənizin, köhnə Bakının vurğunuyam. Payız fəslini çox sevirəm. Payızın çiskinləyən yağışı, xəfif küləyi, xışıldayan yarpaqların həzin, dənizin gur səsi və İçərişəhərdə gəzinti mənə ilham verir. Qədim Bakının köhnə evlərinin, küçələrinin, qala və məscidlərin, eləcə də Şirvanşahlar sarayının əzəməti məni məftun edir və rəsmlərimdə bu mövzulardan sevərək istifadə edirəm.

-Rəsm əsərlərindən hər hansı bir qazanc əldə edə bilirsənmi? Rəsmlərini daha çox kimlər alır – yerli, yoxsa xarici sənətsevərlər?

-Deyə bilərəm ki, xaricilər sənətə daha çox qiymət verir. Onlar əsərlərə sadəcə rəsm kimi baxmırlar, onu əl əməyi, göz nuru kimi görür və çox yüksək qiymətləndirirlər. Buna görə də hətta mənim rəsmlərimə təyin etdiyim qiymətlərdən daha çox pul ödəyirlər. Lakin bəzi işlərim var ki, onlara nə qədər də yüksək dəyər biçsələr belə satmamışam. Onlardan bədii tikmə üsulu ilə işlədiyim, kişi təsviri əks olunan tablomu misal göstərə bilərəm. Sərgilərin birində bir türk sənətsevəri bu rəsm üçün mənə 5 min manat təklif etdi. Lakin heç bir təkliflə razılaşmadım və onu satmadım. Həmin tablonu tam iki ilə bitirmişdim. Bəlkə də elə bu səbəbdən onu sata bilmədim. Satmağa əlim gəlmədi.

-Hazırda rəssamlıq kursları çoxdur. Bəs professional məktəblər necə, çoxdurmu?

-Bəli, rəssamlıq kursları çoxdur. Lakin təəssüf ki, peşəkar müəllimlərin çalışdığı məktəblər çox azdır. Mən incəsənət biliklərimi peşəkar rəssamlardan almışam. Hərdən sağlamlıq imkanları məhdud olan uşaqlara dərs keçirəm. Bu, bəzən bir layihə şəklində olur. Bu layihələrdən biri talassemiyyalı və əqli cəhətdən zəif olan uşaqlar üçün təşkil olunmuşdu. Mən bu aksiya çərçivəsində həmin uşaqlara rəsm dərsləri verdim. Tam əminliklə deyə bilərəm ki, onların arasında çox istedadlı uşaqlar var idi. Uşaqların bu fəaliyyəti onların əhval-ruhiyyəsində və səhhətində yaxşılığa doğru dəyişikliklərə səbəb oldu.

-Səncə, gənc rəssamların ən çox üzləşdiyi problemlər hansılardır? Əsasən hansı dəyişikliklərin olmasını istəyərdin?

-Biz gənclər üçün bu gün ən böyük problem rahat işləmək üçün emalatxanaların olmamasıdır, ev şəraitində isə işləmək mümkün deyil. Əvvəllər Rəssamlar İttifaqı rəssamları emalatxana, rəssam üçün lazım olan digər ləvazimat və materiallarla təmin edir, hətta onları ölkəsini təmsil etmək üçün beynəlxalq müsabiqələrə göndərirdi. İndi isə bu problemləri rəssam özü həll etməlidir. Ona görə də artıq bir çox rəssamlar Rəssamlar İttifaqına üzv olmağa can atmırlar. Bu kimi  hallar isə rəssamlığın inkişafına mane olur və bu işi peşə kimi yox, hobbi kimi qəbul etməsinə gətirib çıxarır.

Gültəkin Vahidqızı

Virtualaz.org

Previous Post

Azərbaycanda belə rəssam da var – (Fotolar)

Next Post

Dəmiryol vağzalının nə özü açılır, nə də bəxti – (Fotolar)

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

Dəmiryol vağzalının nə özü açılır, nə də bəxti - (Fotolar)

Dəmiryol vağzalının nə özü açılır, nə də bəxti - (Fotolar)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.