Azərbaycana yeni virusu aşkar edən testlər gətirildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkədə “COVID-19” virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test alınıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Elchi.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, bu testlər koronavirusun “Omicron” ştamının yeni altnövü olan “Kraken” ştamını da müəyyən edə bilir.