"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan və Dağıstan arasında Tədbirlər Planı imzalandı

20 Fevral 2023 - 13:13
in SİYASƏT
FacebookVatsap

Bakıda Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanla Rusiyanın Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev ilə Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovun görüşü olub.

Bunu da oxuyun

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsi qeyd olunub. Vurğulanıb ki, iki ölkənin prezidentlərinin səyləri sayəsində dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Ş.Mustafayev deyib ki, Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə iqtisadi əlaqələr saxlayır. Baş nazirin müavini daha sonra bildirib:

“Təqribən 20 subyektlə, o cümlədən Dağıstan Respublikası ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlər imzalanıb”.

Vurğulanıb ki, eyni dildə danışan, ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan Azərbaycan və Dağıstan xalqları arasında münasibətlər əsrlər boyu formalaşıb.

Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin mühüm rolu xüsusi qeyd edilib.

Ş.Mustafayev deyib ki, bu gün Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan-Dağıstan münasibətlərinin inkişafına xüsusi diqqət yetirir:

“Mövcud sanballı potensialdan istifadə edilməklə əməkdaşlığımızı inkişaf etdirmək barədə dövlətimizin başçısı tərəfindən tapşırıq verilməsi bu diqqətə sübutdur”.

Qeyd edilib ki, ötən il dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev ilə Dağıstanın rəhbəri Sergey Melikov arasında keçirilmiş görüşün yekunlarına əsasən birgə layihələr üçün perspektivli istiqamətlər müəyyən edilib.

Baş nazirin müavini deyib:

“Liderlər arasında əldə edilmiş razılaşmalara böyük əhəmiyyət veririk. Tərəflər arasında bu razılaşmaların reallaşdırılması məqsədilə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planı hazırlanıb”.

Qeyd edilib ki, Tədbirlər Planında qarşılıqlı ticari-iqtisadi fəaliyyətin inkişafına və investisiyaların daha fəal cəlb edilməsinə xüsusi diqqət yetirilir.

Vurğulanıb ki, bu sənəddə sənaye kooperasiyasının nizamlanması da nəzərdə tutulur. Şüşə istehsalı üzrə birgə müəssisələr yaradılmasının mümkünlüyü və gəmiqayırma sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə diqqət artırılacaq.

Tərəflər aqrosənaye kompleksində Azərbaycan ilə Dağıstan arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensial olduğunu göstəriblər. Qeyd edilib ki, Tədbirlər Planında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və sərhədyanı infrastrukturun yaxşılaşdırılması üzrə birgə tədbirlər həyata keçirilməsi də nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, Azərbaycan tərəfi Rusiya Federasiyası ilə dövlət sərhədində buraxılış məntəqələrinə avtomobil və dəmir yolları çəkilməsi, habelə mövcud yolların yenidən qurulması ilə bağlı işlər görür.

Ş.Mustafayev deyib ki, Azərbaycan Prezidenti ikitərəfli razılaşmalar çərçivəsində “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması, habelə “Xanoba” gömrük məntəqəsinin yenidən qurulması üçün vəsait ayırıb.

Qeyd edilib ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsi ilə həmhüdud olan “Xanoba” gömrük məntəqəsinin tikintisi işləri başa çatmaq üzrədir.

Baş nazirin müavini Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, limanın yükaşırma gücünün artırılaraq ildə 15 milyon tondan 25 milyon tona çatdırılması ilə əlaqədar işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, liman infrastrukturunun inkişaf etdirilməsi sahəsində Azərbaycanın təcrübəsi Dağıstan tərəfindən Mahaçqala Beynəlxalq Dəniz Limanının yenidən qurulmasında istifadə edilə bilər. Ş.Mustafayev deyib: “Bakı və Mahaçqala limanları arasında qarşılıqlı fəaliyyətin nizamlanması barədə niyyətimiz Tədbirlər Planında da qeyd edilib”.

Azərbaycan və Dağıstan xalqları arasında mədəni-humanitar əlaqələrin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, Dağıstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan dağıstanlılar bu respublikaların ictimai-siyasi və mədəni həyatına mühüm töhfələr verirlər.

Tədbirlər Planına uyğun olaraq, tərəflər Dağıstanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə və görkəmli dövlət xadimi Əziz Əliyevin xatirəsinə, Azərbaycanda isə Dağıstanın Xalq şairi Rəsul Həmzətovun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilməsi barədə razılığa gəliblər.

Sənəddə Azərbaycanda və Dağıstanda qarşılıqlı mədəni tədbirlərin təşkil edilməsi, mədəniyyət müəssisələri arasında birbaşa peşəkar və yaradıcı əlaqələrin nizamlanması da nəzərdə tutulur.

Görüşün yekunlarına əsasən Ş.Mustafayev və A.Abdulmüslümov Azərbaycan və Dağıstan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair 2023-2025-ci illər üçün Tədbirlər Planını imzalayıblar.

Previous Post

Azərbaycan və Dağıstan arasında Tədbirlər Planı imzalandı

Next Post

Rusiya NATO üçün təhdiddir – Çavuşoğlu

Bənzər yazılar

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. Elchi.az xəbər verir ki, dövlətimizin...

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59

Niderlandın xarici işlər naziri Tom Berendsen Azərbaycandan sonra Ermənistana səfər edəcək. Elchi.az xəbər verir ki, Berendsen bu barədə “X” hesabında...

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Niderland Krallığının xarici işlər naziri Tom Berendsenin təkbtək görüşü başlayıb. Elchi.az xəbər...

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir kİ, məktubda deyilir:...

Next Post
Rusiya NATO üçün təhdiddir – Çavuşoğlu

Rusiya NATO üçün təhdiddir - Çavuşoğlu

Rusiya NATO üçün təhdiddir – Çavuşoğlu

Rusiya NATO üçün təhdiddir - Çavuşoğlu

Son xəbərlər

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Oktyabr 2026 - 12:24
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib

26 Oktyabr 2026 - 12:14
Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycandan sonra Ermənistana səfər edəcək

26 Oktyabr 2026 - 11:59
Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 164 mina, 526 PHS aşkarlanıb

26 Oktyabr 2026 - 11:53
Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

Dünyanın ilk xərçəng peyvəndi melanomanın təkrarlanma və ölüm riskini 42% azaldıb

26 Oktyabr 2026 - 11:41
Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

Ceyhun Bayramovun Niderland xarici işlər naziri ilə təkbətək görüşü başlayıb – YENİLƏNİB

26 Oktyabr 2026 - 11:36
Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Avstriya Prezidentini təbrik edib

26 Oktyabr 2026 - 11:33
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26 Oktyabr 2026 - 11:23
Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

Azərbaycan çempionatında 10 il əvvəlki rekord təlkrarlandı

26 Oktyabr 2026 - 11:17
Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

Elm və Təhsil Nazirliyi: İranlı nazirin Azərbaycanda təhsil məsələləri ilə bağlı verdiyi açıqlama təəssüf doğurur

26 Oktyabr 2026 - 11:05
FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

FHN Səbail rayonunda mülki müdafiə ilə bağlı tədbir keçirilib

26 Oktyabr 2026 - 10:58
Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

Zelenski elan etdi: ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar keçiriləcək

26 Oktyabr 2026 - 10:46
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə qoşulur

26 Oktyabr 2026 - 10:33
Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27
Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

Ötən ay sosial müavinət və təqaüd alanların sayı məlum olub

26 Oktyabr 2026 - 10:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.