Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iş adamları arasında birgə layihələrə dair fikir mübadiləsi aparılıb.
Elchi.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Dubay Palatalarının Orta Şərq və Avrasiya üzrə regional direktoru Abdulla Baqeri ilə görüşüb.
Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamları arasında işgüzar əməkdaşlığın təşviqinə, bu sahədə birgə təşəbbüslərə və layihələrə dair fikir mübadiləsi aparılıb.