Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Elchi.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Üç ölkənin müdafiə nazirləri üçtərəfli formatda strateji tərəfdaşlıq məsələlərini və əməkdaşlığın inkişaf etdirilməsi planlarını müzakirə edəcəklər. Gələn il müdafiə nazirlərinin toplantısı Azərbaycanda keçiriləcək”, – məlumatda deyilib.
Qeyd edək ki, üçtərəfli görüşün yekununda nazirlər birgə bəyannamə imzalayacaq və bəyanatlar verəcək.
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasındakı iqtisadi münasibətlərdəki problemləri müzakirə...





















