“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik”.
Elchi.az xəbər verir ki, bu sözləri Finlandiyanın KuPS klubunun baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirəcəkləri cavab oyunu ərəfəsində klubun rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis Bakıda 0:1 hesabı ilə uduzduqları ilk görüşdən lazımi nəticələr çıxardıqlarını bildirib.
“Mövsümün ən yaxşı oyununu keçirməliyik. Bununla növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansımız olacaq. İlk matçdan dərs çıxarmışıq və ötən həftə ilə müqayisədə oyuna daha yaxşı nəzarət etmək istəyirik. Azarkeşlərimizin dəstəyi ilə hər şey mümkündür”, – deyə Nuutinen bildirib.
Qeyd edək ki, KuPS – “Sabah” cavab görüşü sabah Bakı vaxtı ilə saat 19:00-da Kuopiodakı Väre Arenada keçiriləcək.





















