2023-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.
Elchi.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 – 30 apreldə baş tutacaq.
Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.
Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 – 12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”dan Maks Ferstappen olub.
Premyer Liqa: “Qarabağ” “Şəfa”nı məğlub edib
Misli Premyer Liqasının VI turunda "Qarabağ" "Şəfa"ya qalib gəlib. Elchi.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan...





















Son şərhlər