2023-cü ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinin tarixi dəqiqləşib.
Elchi.az Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, yarış yeni mövsümün ilkin təqvimində planlaşdırıldığı kimi 28 – 30 apreldə baş tutacaq.
Daha əvvəl 2018-ci və 2019-cu il Qran-priləri həmin tarixə təsadüf edib. Azərbaycanda 2017-ci ildən təşkil olunan yarışın digər mərhələləri isə iyunda keçirilib.
Qeyd edək ki, Bakı trasındakı son Qran-pri bu il 10 – 12 iyunda gerçəkləşib. Yarışın qalibi “Red Bull”dan Maks Ferstappen olub.
“Neftçi” Emil Səfərovla müqavilə müddətini uzatdı
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb. Elchi.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb. 2024-cü...


















Son şərhlər