Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

🗓 20.08.2014 10:38 ✍️ "Elçi" qəzeti
Azərbaycan Ordusunda silahlı insident olub.resizer
 

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 Əsgərin vəziyyəti kafi qiymətləndirilir.

Bənzər yazılar