"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

`Azərbaycan nümunə kimi göstərilir…` – Prezident

25 Noyabr 2015 - 08:50
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

“Noyabrın 1-də keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini tam ifadə etmişdir. Seçkilər şəffaf, ədalətli şəkildə, yüksək rəqabət şəraitində keçirilmişdir. Beynəlxalq və yerli müşahidəçilər bunu təsdiq etmişlər. Beş yüzdən çox beynəlxalq, on minlərlə yerli müşahidəçi seçki prosesini və seçkilər gününü izləmiş, müşahidələr aparmışdır. Ümumi fikir belə olmuşdur ki, bu seçkilər ən yüksək beynəlxalq standartlara cavab verir, Azərbaycan xalqı bu seçkilərdə öz iradəsini azad şəkildə ifadə etmişdir”.

Bu sözləri prezident İlham Əliyev V çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında çıxışı zamanı deyib.

Ölkə başçısı qeyd edib ki, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atıb:“Mən xüsusilə Avropa Şurası Parlament Assambleyasının, MDB-nin və əlbəttə ki, digər beynəlxalq təşkilatların rəyini qeyd etmək istəyirəm. Seçkilərin nəticələrini eyni zamanda beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları da təsdiqləyir.

Bir sözlə, bu seçkilərdə Azərbaycan demokratiya yolunda növbəti uğurlu addım atmışdır və bir daha sübut etmişdir ki, Azərbaycan demokratiyaya sadiqdir. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, ölkədə bütün azadlıqlar – söz azadlığı, siyasi fəaliyyət azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, vicdan-din azadlığı təmin edilir, bütün azadlıqlar mövcuddur. Bu seçkilərdə əlbəttə ki, bütün bu azadlıqlar bir daha özünü büruzə vermişdir”.

Prezidentin sözlərinə görə, son illər ərzində ölkədə gedən quruculuq prosesi də seçkilərin nəticələrinə öz müsbət təsirini göstərib: “Son illər ərzində Azərbaycan uğurla, sürətlə və hərtərəfli inkişaf edir. Əlbəttə ki, Azərbaycan vətəndaşları bu reallıqları nəzərə alaraq seçkilərdə həm fəallıq göstərmiş, eyni zamanda, ölkədə aparılan siyasətə bir daha öz səslərini vermişlər.

Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, dostlarımızın, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Əlbəttə ki, bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə, 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir.

Son illərdə dünya miqyasında iqtisadi inkişaf baxımından ən sürətlə inkişaf edən ölkə də Azərbaycandır. Əlbəttə, biz bunu böyük uğur kimi qəbul edirik. Bu gün bütün mötəbər beynəlxalq maliyyə-iqtisadi qurumlar bu reallıqları təsdiq edir və Azərbaycanı bəzi ölkələr üçün nümunə kimi göstərir. Bu, doğrudan da böyük uğurumuzdur. Təkcə ona görə yox ki, biz özümüzü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edirik. İlk növbədə, ona görə ki, sürətli iqtisadi inkişaf insanların real həyatında da öz müsbət təsirini göstərir. Bizim apardığımız uğurlu iqtisadi islahatlar eyni zamanda güclü sosial siyasətlə tamamlanır. Məhz bunun nəticəsidir ki, son illər ərzində ölkəmiz yoxsulluğun və işsizliyin azaldılması sahəsində böyük uğurlara imza atıbdır. Bu gün Azərbaycanda həm yoxsulluq, həm işsizlik 5 faiz səviyyəsindədir və bu, dünya miqyasında ən gözəl göstəricilərdən biridir”.

Dövlət başçısı çıxışı zamanı qeyd edib ki, ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir: “Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Sabitlik pozulduqda əlbəttə ki, ölkə inkişaf edə bilməz, ölkəyə sərmayə cəlb etmək mümkün olmaz və ölkə öz etibarlılığını itirə bilər. Azərbaycanda sabitlik xalqın iradəsi ilə təmin edilir. Xalq tərəfindən bizim siyasətimizə verilən dəstək ölkəmizdə, cəmiyyətimizdə bu gözəl ab-havanı yaradıbdır. Bu gün Azərbaycan sabitlik baxımından dünyada seçilən ölkələrdəndir, xüsusilə indiki şəraitdə. Biz görürük ki, müxtəlif yerlərdə, müxtəlif bölgələrdə, bizim bölgədə, Yaxın Şərqdə, Avropada, MDB məkanında sabitlik pozulur. Çox xoşagəlməz proseslər gedir. Azərbaycan düşünülmüş siyasət apararaq sabitliyi möhkəmləndirir. Bu, əlbəttə ki, bizim uğurlu inkişafımız, gələcək uğurlu inkişafımız üçün də əsas şərt olaraq qalır.

Ölkəmizdə millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə həll olunur. Artıq sirr deyil ki, bütün beynəlxalq qurumlar, mötəbər təşkilatlar Azərbaycanı bu sahədə nümunə kimi göstərirlər. Bu, reallıqdır, bu, həqiqətdir. Bu, bizim siyasətimizin təzahürüdür. Eyni zamanda, bu, cəmiyyətimizdə olan vəziyyətin əlamətidir və burada dövlət siyasəti, ictimai dəstək vəhdət təşkil edir. Əminəm ki, bundan sonra da Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənəcək. Azərbaycan bundan sonra da nümunəvi ölkə kimi özünü göstərəcəkdir. Azərbaycanda bütün dinlərin, bütün millətlərin nümayəndələri qardaşlıq şəraitində bir ailə kimi yaşayacaqlar. Bu, bizi daha da gücləndirir. Bu, hər bir ölkənin uğurlu inkişafı üçün başlıca şərtdir. Xüsusilə son aylar ərzində Avropada müşahidə olunan mənzərə dediklərimi bir daha sübut edir. Harada ki, bu sahəyə diqqət verilməmişdir, harada da ki, bu sahə diqqətdən kənarda qalmışdır, yaxud da başqa siyasi meyillər üstünlük təşkil etmişdir, orada indi çox böyük problemlər yaranır.

Bir sözlə, seçkilərin nəticələrinə, əlbəttə, dediyim bu amillər öz müsbət təsirini göstərmişdir. Bu gün öz işinə başlayan beşinci çağırış Milli Məclisin qarşısında da çox ciddi məsələlər durur. Əminəm ki, Milli Məclis ölkəmizin hərtərəfli inkişafına səmərəli şəkildə xidmət edəcəkdir. Bizim bütün planlarımız, bütün təşəbbüslərimiz Milli Məclis tərəfindən dəstəklənəcək və beləliklə, ölkəmizin uğurlu inkişafı təmin ediləcək. Eyni zamanda, deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir”.

Prezident çıxışı zamanı deyib ki, bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcəkdir.

Ölkə rəhbəri qeyd edib ki, ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir: “Bu sahədə də böyük uğurlar vardır, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaqdır”.

Prezident Milli Məclisdə çıxışı zamanı iqtisadi siyasətlə bağlı önəmli məsələyə toxunub: “Təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə – bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək.
Bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir. Əlbəttə, əvvəlki illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə elektrik enerjisi, qazlaşdırma layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri nəzərdə tutulur”.

Prezident daha sonra sosial sahədən söz açıb.

“Qeyd etməliyəm ki, bütün sosial proqramlar icra ediləcək. Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür.

Məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır. Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq qalmalıdır”.

Dövlət rəhbərli qeyd edib ki, Azərbaycan nəinki regionda, artıq Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı öz dəyərli töhfəsini verməkdədir.

“Bizim rolumuz artır. Rolumuz artdıqca əlbəttə ki, ölkəmizin imkanları da, beynəlxalq nüfuzu da, təsir imkanlarımız da genişlənir. Biz əlbəttə ki, bunu yaxşı bilirik və bundan istifadə etməliyik. Çünki bu gün bəzi ölkələrin enerji təhlükəsizliyi Azərbaycandan asılıdır. Getdikcə biz tərəfdaşlarımızın coğrafiyasını genişləndirəcəyik, artıq genişləndirmişik. İmzalanan kontraktlar artıq yeni bir vəziyyətə gətirib çıxarıbdır. Azərbaycan liderlik göstərərək Avropanın enerji xəritəsini yenidən tərtib edir.
Qeyd etməliyəm ki, burada, ilk növbədə, ölkəmiz bu təşəbbüsləri irəli sürərək liderlik göstərib. Bu gün geniş beynəlxalq əməkdaşlıq formatı da məhz ölkəmizin təşəbbüsü ilə formalaşıbdır. “Cənub” qaz dəhlizinin reallaşması bizim imkanlarımızı daha da genişləndirəcək, həm iqtisadi, həm siyasi imkanlarımız böyük dərəcədə artacaqdır. Beləliklə, ölkəmizin gücü artacaq və bölgədə, qitədə gedən proseslərə təsir imkanlarımız da təbii ki, daha da güclü olacaqdır. “Cənub” qaz dəhlizi layihəsi bizim üçün strateji layihədir. Bu layihənin icrası işinə Azərbaycan əvəzolunmaz töhfə verib və verməkdədir”.

Prezident daha sonra nəqliyyat sektorunda görülən işdən danışıb.

“Biz indi tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində işləyirik, bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik.

Əminəm ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik”.

Previous Post

`Azərbaycan nümunə kimi göstərilir…` – Prezident

Next Post

Obama Türkiyəni müdafiə etdi – Putin təkləndi

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

Obama Türkiyəni müdafiə etdi - Putin təkləndi

Obama Türkiyəni müdafiə etdi - Putin təkləndi

Son xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb

04 Sentyabr 2026 - 19:26
Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicə prosesi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 19:12
Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

Qazaxıstanda Azərbaycanın sağlamlıq turizmi potensialı təqdim edilib

04 Sentyabr 2026 - 18:53
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Yaşıllıqlara 200 min manat ziyan vuruldu

04 Sentyabr 2026 - 18:45
Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

Sahibə Qafarova Cenevrə Universitetində çıxış edib

04 Sentyabr 2026 - 18:36
Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakı metrosunda ötən ay 18 milyondan çox səfər qeydə alınıb

Bakıda yeni metro stansiyanın adı “20 Sentyabr” olacaq

04 Sentyabr 2026 - 18:14
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.