Azərbaycan nefti ucuzlaşıb

🗓 02.05.2024 11:21 ✍️ "Elçi" qəzeti
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.  Elchi.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2,47 ABŞ dolları, yaxud 2,77% azalaraq 86,63 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bənzər yazılar