Azərbaycan nefti ucuzlaşıb

🗓 23.04.2024 11:50 ✍️ "Elçi" qəzeti
Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti ucuzlaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,6% azalaraq 88,30 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bənzər yazılar