Azərbaycan millisinin baş məşqçisi: Komandamızın səviyyəsini gördük

🗓 28.03.2024 15:49 ✍️ "Elçi" qəzeti
Azərbaycan millisinin baş məşqçisi: Komandamızın səviyyəsini gördük

Komandamızın səviyyəsini gördük. Elchi.az-ın məlumatına görə, bunu Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib. Mütəxəssis 10 günlük hazırlıq prosesinin bu gün başa çatdığını xatırladıb: "Səhərlər məşq, axşamlar yoxlama oyunları keçirdik. Bu müddətdə 15 matç oynadıq, 1-də məğlub olduq. Həmin görüş də başabaş mübarizə mübarizə şəraitində keçdi. Bundan əlavə, İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik. Üz-üzə gəldiyimiz bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də qarşılaşmışdıq. Çox ciddi toplanışı arxada qoyduq". Evren Alkaya yoxlama görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb: "Bizə çox faydalı oldu. Gələcəkdə planladığımız U-14 kollektivi ilə başqa oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Uşaqları hazırlaşdırmağa davam edəcəyik. Toplanışı peşəkarlıqla başa vurduq. Bizə bu şəraiti yaratdıqları üçün federasiya rəhbərliyinə təşəkkür edirik".

Bənzər yazılar