"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Azərbaycan İŞİD-çiləri haqda şok məlumatlar

04 Noyabr 2014 - 11:20
in GÜNDƏM
FacebookVatsap

11415078052Qərbin İŞİD-ə qarşı taktika dəyişdirdiyi barədə məlumatlar ciddiləşməkdədir. Bu yeni taktika gedənlərə mane olunmaması, qayıtmağı qeyri – mümkün etmək, imkan tapıb qayıdanları isə həbs etmək və s. vasitələrlə cəmiyyətdən təcrid edilməsindən ibarətdir. Artıq getmək istəyən “cihadçılara” Avropa ölkələrində də xüsusi baryer qoyulmur. Məqsəd cəmiyyəti “özünü təmizləmək”dən məhrum etməmək və “sivilizasiyalı cəmiyyəti” son bir neçə on ildə İslam radikalçılığı şəklində toplanmış gərginliyindən xilas etməkdən ibarətdir.

Bunu da oxuyun

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Ümumiyyətlə, “İŞİD” eksperimentinin xüsusilə Avropada toplanmış həmin gərginlik daşıyıcılarının öz ölkələrində hərəkətə keçirəcək “fitvaları” gözləmədən “ölüm düşərgələrinə” göndərilməsi məqsədilə düşünüldüyü irəli sürülür.    Bir istisna müşahidə olunur. ABŞ bu məsələdə vətəndaşlarını hələ də “qoruyur”. ABŞ xüsusi xidmət strukturları “cihad” çağırışlarına gedən amerikalıları hətta Türkiyə, Almaniya və başqa ölkələrdə də yaxalayıb, geri qaytarır.
Bizə daxil olan sensasion informasiyalara görə, Azərbaycan xüsusi xidmət orqanları da onlara ekspertlik edən   xarici ekspertlərin tövsiyəsi ilə    ölkədəki vəhhabi və Suriyada savaşa getmək istəyənlərlə bağlı haqqında danışılan həmin yeni taktikanı qəbul etmək üzərində siyasi rəhbərlik qarşısında məsələ qaldırıb.  Bu barədə “Yeni Müsavat”a adının açıqlanmaması şərti ilə mötəbər mənbədən məlumat daxil olub. Onun iddiasına görə, əgər əvvəllər radikal vəhhabilərə qoşulan, “cihad” çağırışına gedən vətəndaşlarımızın ölkədən çıxmasına, Türkiyə üzərindən savaş meydanına girməsinə maneçilik törədilirdisə, indi durum dəyişib. Qərar verilib ki, ölkədən çıxıb gedənlərə heç bir maneçilik törədilməsin. Hətta xüsusi xidmət orqanlarında və polisdə əməliyyat məlumatları olur, dəqiq bilinir ki, kimlərsə getmək hazırlıqları içindədirlər – bu zaman da müdaxilə etmirlər.
Xatırladırıq ki, hətta bir qədər əvvəl bu barədə məlumat getmişdi ki, xüsusi xidmət orqanları Suriyaya getməyə hazırlaşan radikalların ev ünvanlarına qədər hər şey məlumdur.  Bildirilirdi ki, getmək istəyənlərin hamısı nəzarət altındadır. Lakin cəmiyyətdə gözlənilən iri proflaktik əməliyyatlar həyata keçirilmədi. Aydındır ki, sıravi “cihad” döyüşçüləri məlumdursa onları cəlb edən şəbəkə və liderlər də məlum olmalıdır. Belədirsə, nə üçün onlara    maneçilik törədilmir.  Rəsmi Bakını daha çox narahat edən bu cür gedişləri təşkil edən şəbəkələr və onların maliyyə qaynaqları olması təbiidir. Ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində bir daha bəyan edib ki, radikal dini qrupları maliyyələşdirən mənbələr sıradan çıxarılacaq. Komitə sədri bununla bağlı müvafiq araşdırmaların aparıldığını daha əvvəl də bildirmişdi, indi isə qəti olaraq bu mənbələrin sıradan çıxarılacağına işarə edir. Bu da onu göstərir ki, hakimiyyət terroru maliyyələşdirən mənbələrlə də bağlı ciddi bilgilərə sahibdir. Lakin hələ yayda həyata keçiriləcəyi deyilən əməliyyatlar o dərəcədə ləngidilir ki, hətta onun gündəmdən çıxması ehtimalı daha ağlabatan görünür.
Bizə çatan bilgilərə görə, hazırda hökumətin əsas diqqətində olan məsələ  radikal cihadçıların getməsi yox, onların geri qayıtmasıdır, çünki artıq dünya ölkələri terrorçuların geri dönməsi ilə bağlı həyəcan təbili çalırlar. Hazırda dövlətin müvafiq strukturları da daha çox gedənlərin geri dönməsinə qarşı əməliyyat hazırlığı görürlər. Belə ki, geri dönənlər dərhal nəzarətə alınır və həbs olunur. Sentyabrın sonlarında MTN 26 Azərbaycan vətəndaşını həbs etdiyini açıqlamışdı. Bu insanların böyük hissəsi Suriyada döyüşlərə qatılan ölkə vətəndaşları idi.
Əldə etdiyimiz məlumata görə, hazırda “cihad”çıların Azərbaycandan çıxıb Suriya və İraqa getmək marşrutları da dəyişib. Mətbuatdan da məlum olduğu kimi, proses əvvəl Türkiyə üzərindən baş verirdi. Ötən 3 ildə Azərbaycan vətəndaşları Naxçıvan, eləcə də Gürcüstan üzərindən avtobusla Türkiyə ərazisinə keçir, burda isə Suriya ilə sərhədə gedərək burdan rahat şəkildə sərhədi keçərək “cihad” qruplarına qoşulurdu. İddialara görə, Türkiyənin xüsusi xidmət orqanları ölkə ərazisini açıq qapı elan etmişdilər – Bəşər Əsəd rejiminə qarşı dünyanın hər yerindən gələn “cihadçılar”a hər cür şərait yaradılırdı ki, onlar Suriyaya keçib, İŞİD, “əl-Nusra” və digər savaşçı qruplara qoşulsunlar… Sonradan daha bir marşrut Rusiya üzərindən qeydə alındı.
Ancaq hazırda  Türkiyə dünyanın açıq ittihamları qarşısındadır. Dünya ölkələri AKP iqtidarını İŞİD-ə və “əl Nusra”ya dəstək verməkdə, onlarla gizli iş birliyi qurmaqda günahlandırır. Bu səbəbdən də artıq Türkiyədən Suriyaya keçid demək olar ki, dayandırılıb.
Bugünlərdə  Bakıdakı “cihada dəvət olunanlar”dan biri “Yeni Müsavat”a deyib ki, onlara artıq başqa marşrut təklif olunur. İran üzərindən Pakistana gedilir, Bəlucistan əyalətindən keçərək Talibanın Pakistandakı əsas qalası hesab olunan Vəziristan əyalətində toplanılır. “Yeni Müsavat”a danışan mənbə deyib ki, onlara açıq şəkildə şəhid olmağa getdikləri deyilib: “Mən hələlik bir bəhanə ilə yayınmışam. Onlara əvvəl dedim ki, gəlin gedək Ağdamda, Kəlbəcərdə şəhid olaq. Cavabları bu oldu ki, həmin torpaqlara dair ”Cihad fətfası” yoxdur. Sonra da dedim ki, imanım kamil deyil, mənə zaman lazımdır ki, oxuyum və ibadət edim. Açığı, gedib oralarda ölmək istəmirəm. Lakin həm də burdakılardan qorxuram”, deyir, həmin mənbə.
Qeyd edək ki, Pakistan Talibanı ötən ilin yayında bəyanat yayaraq, Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvələri dəstəklədiyini elan edib. Eyni zamanda Taliban bəyan edib ki, Suriyada düşərgələr yaradıb və bu düşərgələrə yüzlərlə Pakistan Talibanı üzvü göndərilib. Sitat: “Qardaşlarımız bizə ehtiyac duyduqları üçün yüzlərlə döyüşçümüzü ərəb qardaşlarımızla birlikdə Suriyaya göndərdik”.
Qeyd edək ki, Əfqanıstan və Pakistan Şimali Qafqazdan sonra azərbaycanlı radikal dindarların üz tutduğu ikinci əsas bölgə olub. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində radikal islamçılar Azərbaycandan İrana, oradan isə Pakistana keçərək burdakı radikal islamçı qruplara, o cümlədən “əl-Qaidə” və Talibana qoşulurdu. Hətta uzun müddət mətbuatda valideynləri övladlarının Məşhəd ziyarətinə getdiyini iddia edirdilər. Ancaq sonradan məlum oldu ki, əslində onlar diqqəti yayındırmaq və İran üzərindən Pakistana rahat keçmək üçün bu hekayəni uydurublar. Qeyd edək ki, Azərbaycan MTN-i “Meşə Qardaşları” qruplaşmasının bir üzvünü məhz Pakistanda həbs edərək, Azərbaycana gətirib. Bəzi məlumatlara görə, son illərə qədər Pakistanda 300-dən bir qədər çox Azərbaycan vətəndaşı silahlı qruplaşmaların tərkibində olub.
2012-ci ildə Peşəvər bölgəsində “əl-Qaidə” terror şəbəkəsinin nüfuzlu komandirlərindən olan azərbaycanlı, 1981-ci ildə Sumqayıtda anadan olmuş Aslanov Zaur, yenə həmin ildə yanvarda Xəqani İmamverdiyev adlı azərbaycanlı ABŞ pilotsuz təyyarələrinin hücumu zamanı öldürülüb. Maraqlıdır ki, onun atası mətbuata demişdi ki, oğlu dini təhsil almaq adı altında İrana gedib, daha sonra Pakistandan zəng edərək bu ölkədə olduğunu xəbər verib. X.İmamverdiyev 2009-cu ilin sonlarında İrana, oradan isə Pakistana aparılan 8 azərbaycanlı tələbədən biri olub. Pakistanda “Taliban”a qoşulan azərbaycanlı tələbələrin valideynlərinin bildirdiyinə görə, bu ölkədə yüzlərlə azərbaycanlı terrorçu birləşmələrin tərkibində döyüşür. Onların arasında hətta BDU-nun tələbəsi olmuş qızın da olduğu bildirilirdi.
Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, Azərbaycandan “cihadçı”ların İran üzərindən Pakistana, oradan da Əfqanıstana keçməsi faktları daha əvvəl də mövcud olub: “Bu marşrut həmişə olub. Azərbaycandan olan radikal dini qrupların üzvləri Pakistana və Əfqanıstana getmək üçün İrandan keçib gedirdilər. Azərbaycandan olan çoxlu sayda insanlar hələ də Pakistan və Əfqanıstandadır”.
Təhlilin əvvəlindəki məsələ barədə müraciət etdiyimiz, adını çəkilməsini istəməyən təhlükəsizlik eksperti deyir ki, potensial gərginlik daşıyıcılarının ölkədən çıxmalarına mane olmama taktikası xətalı və təhlükəlidir. Buna diqqət yetirmək lazımdır. Onun dediyinə görə, İŞİD-in özünün taktika dəyişdiyi və tezliklə yenidən yeraltına çəkiləcəyi barədə informasiyalar daxil olmaqdadır və bunu təsdiq edən dəlillər də görünür. İŞİD- in strategiyasına görə yeraltına çəkilmə  2016-cı ildə baş verməli idi. Lakin dünya dövlətlərinin müdaxiləsi onların təqvimində dəyişikliklər edilməsini zəruri edib. Hələ 2012-ci ildə elan edilən proqrama görə, İŞİD müəyyən hazırlıqdan sonra, 2018-ci ildə qlobal terror vahiməsi mühiti kimi, artıq hər yerdə hərəkətə keçməli və total terror vasitəsi ilə dünyaya qalib gəlməyi planlaşdırır. Həm də artıq sərhədlərdə, qeydə düşmədən “cihad” yerlərinə qeyri – leqal marşrutlar işə salınmışdır. Deməli qeydə düşmədən də geriqayıdış yolları salınmışdır. Odur ki, heç bir eksperimentlərə uymadan təhlükəni yerində boğmaq lazımdır. Sonra gec ola bilər.
Previous Post

Azərbaycan İŞİD-çiləri haqda şok məlumatlar

Next Post

“Qozbel İman” gecə kəsdiyi ağaclara görə 19200 manat cərimələndi

Bənzər yazılar

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29

Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı...

Next Post

"Qozbel İman" gecə kəsdiyi ağaclara görə 19200 manat cərimələndi

"Qozbel İman" gecə kəsdiyi ağaclara görə 19200 manat cərimələndi

Son xəbərlər

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq

27 Oktyabr 2026 - 23:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək

27 Oktyabr 2026 - 23:38
SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib

27 Oktyabr 2026 - 20:33
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib

27 Oktyabr 2026 - 20:29
Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

Türkiyənin Naxçıvandakı Baş konsulu vəzifəsinin icrasına başlayıb

27 Oktyabr 2026 - 20:02
Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlığa dair videoçarx paylaşıb

27 Oktyabr 2026 - 20:00
Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

Stubb Putinə zəng etməsinin pərdəarxası məqamlarını açıqladı

27 Oktyabr 2026 - 19:28
Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

Azərbaycan Kuboku: Daha iki komanda 1/8 finala yüksəldi

27 Oktyabr 2026 - 19:15
Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

Azərbaycanın indiyədək ixrac etdiyi təbii qazın həcmi açıqlanıb

27 Oktyabr 2026 - 19:09
Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

Bakıda İƏT-in korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası keçirilib

27 Oktyabr 2026 - 19:00
Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

Dövlət sərhədini pozmağa cəhd edən əfqanlar saxlanıldı

27 Oktyabr 2026 - 18:49
Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

Azərbaycanın 8 cüdoçusu Neapolda keçiriləcək Avropa çempionatına qatılacaq

27 Oktyabr 2026 - 18:35
PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

PA Vətəndaş Qəbulu Mərkəzində noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

27 Oktyabr 2026 - 18:28
Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

Tusk: ABŞ və NATO “Patriot” mərkəzi üçün Polşanı seçir

27 Oktyabr 2026 - 18:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.