Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sərgi baş tutacaq

🗓 11.03.2024 18:08 ✍️ "Elçi" qəzeti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sərgi baş tutacaq
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 12 mart sərgi baş tutacaq.  Elchi.az xəbər verir ki, “Rəngkarlıq və musiqi” adlı sərgi-müsabiqə ADRA Muzey-Sərgi Kompleksində keçiriləcək. ADRA-nın “Təsviri sənət və sənətşünaslıq” fakültəsinin rəngkarlıq ixtisasının tələbələrinin qatıldığı müsabiqədə 35-dən artıq işi yer alıb. Sərgidə nümayiş olunan işlər musiqi mövzusunu əhatə edir. Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Milli Konservatoriyasının rəhbər işçiləri, professor-müəllim heyəti iştirak edəcək. Mövzu üzrə seçilmiş ən yaxşı 7 əsər Azərbaycan Milli Konservatoriyası tərəfindən mükafatlandırılacaq. Qeyd edək ki, “Rəngkarlıq və musiqi” adlı sərgi-müsabiqə 12 mart saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyası Muzey-Sərgi Kompleksində (Heydər Əliyev pr.24) keçiriləcək. Havar Şəfiyeva 

Bənzər yazılar