Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib

🗓 01.05.2024 21:32 ✍️ "Elçi" qəzeti
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib. Elchi.az xəbər verir ki, növbəti oyun günündə "Xəzri" və "Sərhədçi" kollektivləri üz-üzə gəliblər. "Sərhədçi" İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 98:64 hesablı qələbəyə seviniblər. Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq. Ötən gün "Xırdalan" 1/4 finalın digər oyununda "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib. Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.
Havar Şəfiyeva

Bənzər yazılar