"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Aytacın atası qızının nakam arzularından danışdı: “Sonuncu sınaqda 580 bal toplamışdı” – REPORTAJ

05 May 2015 - 16:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Aytacın atası qızının nakam arzularından danışdı:  “Sonuncu sınaqda 580 bal toplamışdı” - REPORTAJ

Bunu da oxuyun

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

17 yaşlı məktəbli Aytac Babayevanın 20 yaşlı sevgilisi tərəfindən qətlə yetirilməsindən bir həftə ötsə də, bu məsələ mətbuatın gündəmindən düşmür. Ölkə vətəndaşları Aytacın öldürülməsinə etiraz olaraq, sosial şəbəkələrdə qadın  haqlarını müdafiə edən statuslar paylaşır, gənc qızın yaxınlarına dəstək kompaniyası həyata keçirirlər.
17 yaşlı gənc qızın həyatının ən gözəl çağlarında amansızlıqla qətlə yetirilməsindən təsirlənən həmyaşıdları da bu cinayətə səssiz qalmır, müxtəlif lokal aksiyalar keçirirlər. Təbii ki, Aytacın qətli Türkiyədə Özgəcan Aslan cinayətində olduğu qədər əks-səda doğurmasa da, qadınlara qarşı törədilən cinayətlərə etiraz üçün bir siqnal oldu.
Bunun əksinə olaraq, sosial şəbəkələrdə mərhumun sevgilisi ilə olan foto və videolarını yayıb, gənc qızı məktəbli yaşında sevgi yaşadığı üçün ittiham edənlər də tapıldı. Hətta bir çoxları daha da irəli gedərək, bu qətli “namus-qeyrət” məsələsi kimi şişirdib, qatilə haqq qazandırmağa çalışdılar. Bu məsələdə bəzi xəbər saytlarının da mənfi rolu az olmadı. Gənc qızın sevgilisinin ad günündə çəkilmiş videolarının paylaşılması da etiraza səbəb oldu.
Bütün bu baş verənlərin ardından musavat.com olaraq, Aytac Babayevanın ailəsinə baş çəkməyi özümüzə borc bildik.
Mərhumun ailəsi Xətai rayonunda “Upede” adlanan qəsəbədə çox da dəbdəbəli olmayan sadə bir evdə yaşayır. Biz oraya çatanda Aytacın ailəsinə dəstək üçün gələn kimsə ilə rastlaşmadıq. Sosial şəbəkələrdə nə qədər müzakirələr getsə də, ailə bu böyük dərdlə baş-başa qalmışdı.
Yas evində yalnız yaxın qohumlar var idi. Mətbuatda yazılanlardan, paylaşılan foto və videolardan qəzəblənən ailə üzvləri bizi də o qədər xoş qarşılamadı. Jurnalistlərdən qəzəbli olduqlarını deyib, foto-video çəkilişinə icazə vermədilər.
Aytacın atası Nazim Babayev başsağlığı diləklərimizi qəbul etdikdən sonra birbaşa etiraza başladı: “Mənim qızım haqqında hər kəs ağzına gələni yazır. Bizim acımız, kədərimiz bizə bəs edir. Bir də yalan-yanlış materiallarla niyə bizə əzab verirsiniz? Mənim qızım oxuyan, ağıllı qız idi. Hər gün hazırlıqlara gedib, gəlirdi. Tibb Universitetinə daxil olmağı arzulayırdı. Sonuncu sınaq imtahanından 580 bal toplamışdı, yenə də nəticəsindən razı deyildi. O, hər iki saatdan bir mənimlə əlaqə saxlayıb, harada olduğunu məlumat verirdi, evdən icazəsiz heç yerə getməzdi. İndi biz nə deyə bilərik. Yalnız cinayətkarın layiq olduğu cəzanı almasını istəyirik. Qızımın qanı yerdə qalmamalıdır. Biz hamımız şok vəziyyətindəyik. Aytacın yoxluğuna inana bilmirik. Qoy, bizə bunu yaşadanlar da cəzasını alsın”.
Mərhumun bacısı Ayşən Babayeva isə bacısı haqqında yazılan şərhlərə etirazını bildirdi: “Bizim üçün o yazılan ittihamların heç bir mənası yoxdur. Biz bacımın necə bir qız olduğunu bilirdik. Heç kim onun namusu haqqında artıq-əksik danışa bilməz. O şərhləri yazanlara yalnız bircə sözüm var, Aytacın taleyini yaşasınlar, bacılarının , qızlarının başına gəlsin, o zaman bizim acımızı anlaya bilərlər. O fotoları mətbuata çıxaranlar oğlanın (təqsirləndirilən şəxsin – L.N.) adamlarıdır. Bununla nəyə nail olmağa çalışırlar bilmirəm”.
Övladını itirmiş ananı dinləmək isə daha da çətin idi. O, danışmır, fəryad edirdi: “Buraya niyə gəlmisiniz? Mənim qızımı öldürüblər, mən nə danışmalıyam? Qatilə ömürlük həbs cəzası tələb edirəm, məgər bunu verəcəklər? Yox, verməyəcəklər, bir neçə ildən sonra qızımın qatili azadlıqda olacaq, mənim balam isə qara torpaqda… Gedin, polisdən müsahibə alın, məhkəmədən müsahibə alın, qatilə ömürlük həbs verəcəklərmi?”
Burada artıq deyiləcək söz yox idi… Ailəni kədəri ilə baş-başa qoyub, ayrıldıq.  Ayrılarkən ailə üzvlərinin isə qızları haqqında yalan yazan mətbuata qarşı olan  bütün narazılıq və nifrətinə də tuş gəldik.
Ananın verdiyi sualı isə hüquqşünas Müzəffər Baxış cavablandırdı. Qətldə təqsirləndirilən  şəxsə ömürlük həbs cəzası verilə bilərmi?
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, bu suala konkret cavab vermək mümkün olmasa da, qanunvericilikdə bu hal nəzərdə tutulub: “Mən konkret deyə bilmərəm ki, bu hadisəni araşdıran istintaq orqanı həmin hadisəni törədən şəxsin əməlini necə tövsif edib. Amma valideynlərin müsahibəsini oxumuşam və onların dedikləri həqiqətdirsə, mən ehtimal edirəm ki, cinayəti törədən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə “xüsusi amansızlıqla adam öldürmə” kimi tövsif edilsin.
Şəxsin əməli bu maddə ilə tövsif  olunarsa, onda belə halda həmin şəxs törətdiyi əmələ görə 14 ildən 20 ilə qədər azadlıdan məhrumetmə cəzası və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər. Ancaq bunu dəqiq deyə bilərəm ki, məhkəmə həmin şəxsə ömürlük həbs cəzası verə bilər. Bu, məhkəmənin səlahiyyətinə aid olan məsələdir. Şəxsin əməlində cəzanın yüngülləşdirici halları da ola bilər. Cinayəti törətdikdən sonra könüllü təslim olubsa, bu, yüngülləşdirici hal kimi nəzərə alına bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, şəxsin həbsinin onun ailəsinin həyatına təsiri və sair kimi məqamlar da nəzərə alınır.
Bu hadisə insanda həmin şəxsə qarşı mənfi münasibət yaradır. Gənc bir qızı sadəcə, onun sevgisinə cavab vermədiyinə görə həyatdan məhrum etmək böyük bir azğınlıqdır. Bu insan cəmiyyət üçün nə qədər təhlükəlidir ki, sevgisinə yox deyən adamı öldürə bilər. Bütün bunları məhkəmə nəzərə almalıdır. Əgər, onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif olunsa, qanun imkan verir ki, ona ömürlük həbs cəzası verilsin”.
Hüquqşünasın sözlərinə görə, cəza təyin olunarkən təqsirləndirilən şəxsin psixoloji durumu da nəzərə alınacaq: “Başqa bir məsələ də odur ki, hər bir halda bu qəbildən olan cinayətlərə görə istintaq tərəfindən onun həmin cinayəti anlaqlı və ya anlaqsız vəziyyətdə törətməsi ilə bağlı psixiatrik ekspertiza təyin olunacaq. Onun əməlinə hüquqi qiymət verilməsi üçün bu ekspertizanın rəyi də önəmlidir. Əgər, həmin şəxs bu əməli törədərkən anlaqsız vəziyyətdə olubsa, xroniki psixi vəziyyətində problem varsa, kəmağıllıq və sair psixi xəstəlik nəticəsində öz əməlini dərk etmirsə, onda onu cinayət məsuliyyətinə cəlb etməyəcəklər. Buna məhkəmə tibbi ekspertizası qərar verəcək ki, şəxs cinayəti törədən zaman anlaqlı, yoxsa anlaqsız vəziyyətdə olub. Anlaqsız vəziyyətdə olubsa, o cinayət məsuliyyətinə cəlb olunmayacaq, məhkəmə onu məcburi müalicəyə göndərəcək”.
Qeyd edək ki, qətli törətməkdə təqsirləndirilən şəxs Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynovdur. Yayılan foto və videolar vasitəsilə onun Aytac Babayeva ilə sevgili olduğu iddia edilir.
Qətlin dəqiq səbəbi istintaq araşdırmalarından sonra məlum olacaq. İ.Həsənovun sözlərinə görə, qızı məhz ona “yox” dediyinə görə bıçaqlayıb.
Mərhumun ailəsinin verdiyi məlumata görə, qətl xüsusi amansızlıqla törədilib. Aytaca 9 bıçaq zərbəsi vurulub, üzü parçalanmış və tanınmayacaq halda olub.
Mövzunu diqqətdə saxlayacağıq.
Previous Post

İrana gedənlərin nəzərinə: “Polis”ə aldanmayın

Next Post

Vəfa Quluzadə SSRİ və Azərbaycan dilomatiyasının bəzi sirlərini açır (audio müsahibə)

Bənzər yazılar

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

İrakli Kobaxidze: Müxalifət alyansının əvvəldən perspektivi yox idi

03 Noyabr 2026 - 23:25

Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifət daxilindəki qarşıdurmaları xaricdən verilən tapşırıqlarla əlaqələndirib. Elchi.az  xəbər verir ki, o, müxalifətdəki proseslərlə bağlı...

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər

03 Noyabr 2026 - 21:43

Özbəkistan millisinin baş məşqçisi, italiyalı mütəxəssis Fabio Kannavaro Asiya Kubokunun təxirə salınması səbəbindən vəzifəsini tərk edə bilər. Elchi.az xəbər verir...

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

AQÇ: Bakının rayonları üzrə mənzil qiymətlərində ciddi fərqlər mövcuddur

03 Noyabr 2026 - 21:38

Bu ilin oktyabr ayında Bakı şəhərində yeni tikili mənzillərin orta qiymətində 14 %-lik artım müşahidə olunub. Bu barədə Elchi.az -...

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib

03 Noyabr 2026 - 21:36

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 2025-ci ildən beynəlxalq axtarışa verilmiş Murad Qərib oğlu Fetiyevin Azərbaycana gətirilərək...

Next Post

Vəfa Quluzadə SSRİ və Azərbaycan dilomatiyasının bəzi sirlərini açır (audio müsahibə)

Vəfa Quluzadə SSRİ və Azərbaycan dilomatiyasının bəzi sirlərini açır (audio müsahibə)

Son xəbərlər

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

AÇG-də sərbəst qaz layihəsi çərçivəsində neft hasilatına başlanılıb

04 Noyabr 2026 - 12:28
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

04 Noyabr 2026 - 12:17
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

04 Noyabr 2026 - 12:08
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb

04 Noyabr 2026 - 11:57
Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

Sahil Babayev: Rayonların dotasiyadan asılılığı tam aradan qalxıb

04 Noyabr 2026 - 11:46
Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

Bakıda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib – FOTO

04 Noyabr 2026 - 11:35
Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

Gələn il qeyri-neft-qaz sektorunun dövlət büdcəsi gəlirlərində xüsusi çəkisi son 20 ilin ən yüksək səviyyəsinə çatacaq

04 Noyabr 2026 - 11:27
İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

İrandan ABŞ seçki nəticələrinə ilk reaksiya

04 Noyabr 2026 - 11:12
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü

04 Noyabr 2026 - 11:00
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur

04 Noyabr 2026 - 10:51
UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

UEFA Çempionlar Liqası: “Sabah” bu gün səfərdə “Vikinq”lə qarşılaşacaq

04 Noyabr 2026 - 10:43
Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

Cənubi Afrikada seçkilər: 29,2 milyon seçici bu gün səsverməyə gedir

04 Noyabr 2026 - 10:38
Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

Tayvan: Çin hərbi təyyarələri ada ətrafında 22 uçuş həyata keçirib

04 Noyabr 2026 - 10:24
Tramp İranla bağlı qərarını müdafiə edir

Tramp İranla bağlı qərarını müdafiə edir

04 Noyabr 2026 - 10:16
2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

2026-cı il ABŞ aralıq seçkilərində tarixi yeniliklər

04 Noyabr 2026 - 10:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.