"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Aynur Camalqızı: “Qadın nə qədər güclüdürsə…” – FOTOLAR – YENİLƏNİB

14 Oktyabr 2015 - 08:31
in Kateqoriyasız
FacebookVatsap
 “Qadınlar hökumətin ayırdığı güzəştli kreditlərdən tamhüquqlu şəkildə yararlanırlar. Yüngül sənaye, kənd təsərrüfatı, xalq yaradıcılığı, təhsil, ticarət, xidmət sahələrində çalışan sahibkar qadınların sayı durmadan artır. 2014-cü il yanvarın 1-də ölkədə fərdi sahibkarlıq fəaliyyəti göstərmək üçün qeydiyyatdan keçmiş qadınların xüsusi çəkisi 99 min nəfər, yaxud 19 faiz olub. Fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların 60 faizi regionların, 40 faizi isə Bakının payına düşür”. 

Publika.az xəbər verir ki, bunu Qadın Konsensus Mərkəzi İctimai Birliyinin sədri Aynur Camalqızı İctimai birlik tərəfindən təşkil olunan “Azərbaycanda qadın sahibkarlar” mövzusunda dinləmələrdə bildirib.

Bunu da oxuyun

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

 

O qeyd edib ki, bu gün qadınlarımızın 50 faizi fəal əməklə məşğuldur. Qadınların sayı kişilərdən 3 fəaliyyət növündə – səhiyyə və sosial xidmətlərin göstərilməsində 56,6 faiz, təhsildə 41,8 faiz və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətdə 25, 6 faiz çox olub. A. Camalqızı bildirib ki, görülən bu işlər nəticəsində qadınlar arasında yoxsulluq səviyyəsi 49 faizdən 5,9 faizə düşüb.

 

A.Camalqızının sözlərinə görə, Azərbaycanda müasir dövrdə “Biznes qadını”, “iş qadını” kimi ifadələr geniş işlənir: “Əgər bu sahədə uğurlar varsa, deməli, görülən işlər öz bəhrəsini verir. Qadın nə qədər güclü olarsa, qadına qarşı zorakılıq halları azalmış olar”.

 

Tədbirdə qeyd olunub ki, elmin inkişafında qadınlar müstəsna rola malikdirlər. Doktorantların 30,8 faizini, bütün elmi işçilərin isə 53,6 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat işlərilə məşğul olanlardan elmlər doktoru dərəcəsi alan qadınların sayı 25,2 faiz, fəlsəfə elmləri doktoru dərəcəsi alan qadınların sayı isə 15 faiz artıb. AMEA-nın müxbir üzvlərinin 11-i, akademiklərin 3-ü qadındır.

 

Qadın Konsesus Mərkəzinin sədr müavini Faina Hənəfiyeva bildirib ki, qadın sahibkarlar əsasən tekstil və kənd təsərrüfatı sahəsində aktivdirlər. O qeyd edib ki, qadınlar əsasən orta və kiçik sahibkarlıq müəssisələrində çalışırlar.

 

“O qadın güclüdür ki, maddi imkanı yüksəkdir. Ailəsinin, uşaqlarının təhsilinə xərcləməyə pulu var. Əgər onların bazara çıxarmağa məhsulu varsa, onlar sahibkar hesab oluna bilər.

 

“Dünya Bankının araşdırmasına görə, qadınlar dünya üzrə qidanın 50%-ni hazırlayırlar. Amma dünya mülkiyyətinin 1%-i qadınlara məxsusdur. Gəlirlərin 90%-i kişilərə, 10%-i qadınlara məxsusdur”.

 

Bakı Tekstil fabrikinin rəhbəri Səkinə Babayeva çıxış edərək bildirib ki, qadın sahibkarlara hazırda həm dövlət, həm də QHT-lər dəstək verir:

 

“Mən sahibkarlığa 80-ci illərdən başlamışam. Qadınlar bütün preoblemlərə baxmayaraq, həm ailəni qorumalıdır, həm də sahibkarlıqıla məşğul olmalıdır. Qadınların ən böyük borcu evdə övladlarını tərbiyə etməkdir. Bu işdə mənə ailəm də kömək olub. Kim biznesə atılırsa, yuxusuz gecələrinin olacağını bilməlidir”.

 

Son vaxtlar qadın sahibkarlığın inkişafında xeyli işlər görüldüyünü deyən S. Babayevanın sözlərinə görə, qadınların sahibkarlıqda rolunu artırmaq üçün texniki təhsilə xüsusi diqqət yetirilməlidir. Bu sənətləri dirçəltməklə sahibkarlığı inkişaf etdirmək olar.

 

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova da sahibkar qadınların problemlərindən danışaraq bildirib ki, bəzən kişilər qadınların güclü olmasından çəkinsələr də, əslində güclü qadın ailəsinə daha çox kömək edə bilər:

 

“Qadınlara sahibkarlıq sahəsində dəstək olmaq lazımdır. Qadın sahibkar əksər hallarda bütün yükü öz üzərlərinə götürürlər. Əslində isə qadına biznesin idarə olunmasında, uşaqların tərbiyəsində həyat yoldaşı kömək etməlidir.

 

Bəzən kişilər düşünürlər ki, qadın güclü olacaqsa, onu əzib keçəcək. Əslində isə bu, düzgün deyil. Qadın güclü olarsa, sahibkarlıqla məşğul olarsa, ailəsinə daha çox kömək edəcək. Digər bir problem isə ondan ibarətdir ki, çox az halda qadın əmlakını özü idarə edir, çox vaxt ona atası, həyat yoldaşı bu məsələdə kömək edir”.

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Sima Yaqubova isə qadınların biznesdə daha çox uğur qazanmağa meyilli olmasına diqqət çəkib:

 

“Qadın sahibkarların inkişafına 3 aspektdən baxılmalıdır. Hüquqi, maddi, mənəvi -psixoloji. Bununla bağlı dövlət proqramları həyata keçirilməlidir. Qadına fürsət yaradılmalı, kapital ayrılmalıdır. Qadın sahibkarların inkişafına ayrılan kredit güzəşti normaldır. Çox inkişaf etmiş Avropa ilə müqayisədə bizdə faizlər yüksəkdir. Bunlar aradan qaldırılmalıdır. Qadınlar biznesdə daha çox uğur qazanmağa meyillidirlər. Çünki fiziki cəhətdən çalışan şəxsin beyni daha yaxşı çalışır. Qadınların da fiziki baxımdan fəal olduğunu nəzə alsaq, onların boyük uğurlar qazana biləcəyini ehtimal edirəm”.

 

Tədbirdə iştirak edən digər hüquqşünas Səməd Vəkilov isə kişilərin qadınların sahibkarlıq fəaliyyətinə heç vaxt qarşı olmadıqlarını dilə gətirib. O qeyd edib ki, qadının sahibkar olmasında hüquqi baxımdan heç bir problem yoxdur. Güzəştli kreditlər məsələsinə gəlincə, bildirib ki, burada ayrı-seçkilik etmək olmaz. Sahibkar qadınlar ailə dəyərlərinə önəm verməli, bu dəyərlərdən uzaq düşməməlidirlər.

 

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender məsələləri şöbəsinin eksperti Sevinc Məmmədova bildirib ki, komitə qadın sahibkarlığının inkişafına kömək etmək üçün çalışır. Heç kim birdən-birə böyük sahibkara çevrilmir. Buna görə də komitə mütəmadi olaraq “Öz şəxsi biznesinə başla və təkmilləş” adlı təlimlər keçirir:

 

“Sabirabad, Neftçala və Saatlı rayonlarında qadın resurs mərkəzləri yaradılıb. Məqsəd sahibkarlıqla məşğul olan qadınlara kömək etməkdir. Bunlar texnki yardım layihələridir. 2014-cü ildə 14 qadın bizim layihəmizdə iştirak edib və 7 mikrolayihə müəyyənləşib. Bu layihələr dövlət qeydiyyatına alınıb. Biz əlil qadınlara xüsusi diqqət ayırırıq. Əl işlərindən ibarət sərgilər təşkil edirik. Əgər qadın iqtisadi cəhətdən güclü olarsa, ailəsinə daha yaxşı dəstək olar”.

 

İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşı Anar Məmmədov tədbirdə çıxış edərək bildirib ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi sahibkarlığın inkişafının əsas sütunlarındandır:

 

“Beynəlxalq iqtisadi reytinqlərdə Azərbaycanın rolu bizi daha böyük işlər görməyə sövq edir. Bunun üçün də mütəmadi olaraq iqtisadiyyatın inkişafını sürətləndirəcək addımlar atılır. İqtisadiyyat və Sənaye Nazirliyi nəzdində yaradılan Sahibkarlığın inkişafına kömək Milli Fondu ölkədə sahibkarlığın inkişafı üçün mütəmadi işlər görür. Qurum regionlarda tədbirlər təşkil edir, nazirliyin təlim mərkəzində qadınların treninqlərə cəlb olunmasına kömək edir. Azərbaycanla digər xarici ölkələr arasında bağlanmış müqavilələrə əsasən, sahibkar qadınlar xaricdə kurs keçməyə cəlb olunurlar”.

 

Jurnalist Taleh Şahsuvarlı tədbirdə çıxış edərək hazırda qadınların sahibkarlıq fəaliyyətinə yaranan əngəllərə diqqəti çəkib:

 

“Dünən prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr olunmuş iclası keçirilib. Prezident çıxışında  sahibkarlıq sahəsində problemlərlə bağlı da bəzi mesajlar verdi. Bildirdi ki, sahibkarları onlarla qurum yoxlayır. Mənə elə gəlir ki, bu, sahibkarlığın inkişafını əngəlləyən problemlərdən biridir. Buna görə də heç kim istəmir ki, xanımı, anası, bacısı sahibkarlıqla məşğul olsun və korrupsiya ilə üzləşsin. Bunlar həll olunsa, hər şey qaydasına düşəcək”.

 

“Demokratik- İslahatçı Gənclər” İctimai Birliyinin sədri Vüsalə Hüseynli bir çox hallarda sahibkarlıqla məşğul olan qadınların yalnız kağız üzərində sahibkar olduqlarını vurğulayıb:

 

“Ötən il turizmlə bağlı tədbirdə biz 3-4 nəfər turizmlə bağlı sahibkar qadın tapa bilmədik. Biz əgər “google” axtarış sistemində “Azərbaycanda sahibkar xanımlar” yazsaq, heç bir nəticə əldə etməyəcəyik. Bir çox hallarda sahibkar qadınların adı sənəd, kağız üzərindədir. Sənədləşmə qadının adına gedib, amma işi kişi görür. Ölkəmizdə həkimlərin, müəllimlərin sayı çoxdur, bu, yaxşı haldır, amma sahibkar qadınların da sayı artsa, yaxşı olar. Elə qadınlar tanıyıram ki, yaxşı maliyyələri var, amma işi qura bilmirlər. Kişilər bir çox hallarda qadınlara imkan vermirlər”.

 

Sahibkarlar Konfederasiyasının baş katibi Günay Cəfərli də əsas problemin texniki peşə sahələrinin zəif inkişafından qaynaqlandığını deyib. Bildirib ki, hazırda Konfederasiya bir sıra xarici ölkələrlə bu cür layihələr üzərində çalışır:

 

“Bəzən maddi, psixoloji problemlər qadınları aktiv olmağa qoymur. Bu gün bizimlə əmkdaşlıq qurmaq istəyən müxtəlif ölkələr var. Biz istəyirik ki, azərbaycanlı xanımların biznes fəaliyyəti xaricdə də güclənsin, ölkəyə kapital gəlsin. Ölkədə uğur qazana bilməsək, necə xaricə inteqrasiya edə bilərik? Ailədə ər-arvad dost olarsa, çox böyük uğur qazanmaq olar. Texniki peşə məktəbləri də vacib məsələdir. Konfederasiya xarici ölkələrlə peşə təhsili ilə bağlı əməkdaşlıq edir və biz onlardan mexanizmləri öyrənirik. Bu iş çox aktiv gedir. Hər kəs ali təhsilli olmalı deyil.  Mən inanıram ki, bu layihə öz töhfəsini verəcək”.

 

Tədbirdə mövzu ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

 

Gülnar Əliyeva

 

 

Previous Post

Aynur Camalqızı: “Qadın nə qədər güclüdürsə…” – FOTOLAR – YENİLƏNİB

Next Post

Sergey Lavrov: Bu, İŞİD əleyhinə mübarizəni dəstəkləyənlərə hədədir

Bənzər yazılar

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18

İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirməsi ilə bağlı iddiaları təkzib edib və bildirib ki, zədələr ABŞ-nin "Patriot" hava hücumundan...

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11

Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az  xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumların qarşılıqlı ləğvi imkanını nəzərdən keçirir. Elchi.az  xəbər verir ki, bu barədə...

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40

Qırğızıstan tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, Baş Assambleya ölkənin...

Next Post

Sergey Lavrov: Bu, İŞİD əleyhinə mübarizəni dəstəkləyənlərə hədədir

Sergey Lavrov: Bu, İŞİD əleyhinə mübarizəni dəstəkləyənlərə hədədir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.