"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

AXCP-nin sabiq şöbə müdirindən ittihamlara cavab gəldi: “Həbs olunsun”

07 İyul 2015 - 17:51
in XƏBƏR LENTİ
FacebookVatsap

AXCP-nin sabiq şöbə müdirindən ittihamlara cavab gəldi: “Həbs olunsun”

Bunu da oxuyun

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Ağaşirin Tanrıverdioğlu şikayətinə baxılmamasından şikayətlənir; sabiq şöbə müdiri verdiyi anonsları yaxın günlərdə açıqlayacağını deyir

Ağaşirin Tanrıverdioğlu: “Sahibin arxasında duran qüvvələrin anonsunu vermişəm”
“Yeni Müsavat”ın 6 iyul sayında AXCP-dən çıxarılan Nərimanov təşkilatının sabiq şöbə müdiri Ağaşirin Tanrıverdioğlunun geniş müsahibəsi dərc olunmuşdu. Müsahibədə sabiq şöbə müdiri partiyanın Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülməsi ilə bağlı onun ünvanına ağır ittihamlar səsləndirmişdi.
Sahib Kərimli də öz növbəsində facebookda paylaşdığı statusda ittihamlara sərt cavab vermişdi. O, A.Tanrıverdioğludan istifadə edildiyini bildirmişdi:“Heç kim məni əqidəmə və prinsiplərimə xəyanətlə bağlı ittiham edə bilməz! Mənim üzərimdə böyük oyun oynanılır, bu oyunu pozacam.
Qəzetdə səslənən ittihamların, aşağıda sadaladığım iki fakt qarşısında yox olduğunu görməmək yalnız qərəzin əlaməti ola bilər:
1. Ağaşirinlə separat əlaqəyə girmişdimsə, nədən 4 aydır məndən yalvarışla kömək istəyirdi? (Keçən statusumda paylaşdığım mesajları son 4 ayı əhatə edir. ) Belə xarakterli adam niyə məni şantaj etmirdi?
2. Suraxanıdan çıxarılan cəbhəçilərlə bağlı məsələ RH – də müzakirə olunan gün mən səhhətimlə bağlı iclasa gəlmirdim. Həmin gənclərdən biri Cavid Musazadə məndən xahiş etdi ki, rayon şöbəsi məclisinin qərarı var, RH başlayıb, bu qərarın surətini ora çatdırmaq lazımdır. Cavid bəy yəqin ki bu faktı təsdiqləyəcək.
Ağaşirin aylardır “Yeni Müsavat”a müsahibələr verir və partiya rəhbərliyində demək olar ki, hamını hakimiyyətlə əlaqədə ittiham edir. İndi növbə mənə çatıb. Burdan bir daha deyirəm ki, kimin əlində nə faktı var açıqlasın. Bu hakimiyyət görün nə vəziyyətdədir ki, siyasi rəqibləri ilə mübarizədə, rəqib qurumlarda təxribat törətmək üçün Ağaşirindən istifadə edir”.
S.Kərimlinin iddialarına sabiq şöbə müdirinin münasibətini öyrəndik. O, ittihamları əsassız saydı: “Onun dediklərinin hamısı ağ yalandır. Təbii ki, mətbuat olaraq onun fikirlərinə də yer ayırmaq sizlərin işidir. O müsahibəni verməklə özünü təmizə çıxarmaq istəyir. Götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyi üçün Sahib hər varianta getməyə hazırdır. Artıq o, ehtimalları doğrultmayıb. Hakimiyyət qarşısında götürdüyü öhdəlikləri həyata keçirə bilməyib. Ortada özündən başqa iki nəfər qalıb. Ağır duruma düşdüyünü özü yaxşı bilir. Sahib birbaşa gedən oyunların içərisindədir. Partiyanı parçalamaq, rəhbər olmaq üçün öhdəlik götürüb. Bu gün onun ağlına bələd olanlar, artıq Sahibin yanında deyillər. Yalnız Rafiq Daşdəmirli və Arzuman Məcidli dayanıblar. Onlar da 3-5 manata görə. Böyük oyunlara girdiklərinə görə, qaça da bilmirlər”.
A.Tanrıverdioğlu Sahib Kərimlinin ona kömək etməsi barədə iddialarına belə cavab verdi: “Bir dəfə Sahibdən kirayə haqqı olaraq, 100 manat kömək istəmişəm. O da 50 manat verib. Kişiliyi-mənliyi varsa, etiraf etsin. O pulların əvəzini ona 10 dəfə qaytarmışam. Sahib həbsdə olanda, Ramiz Kamal şahiddir, hər həftə onun yanına gedilib. Xeyli pullar xərcləmişəm. Heç zaman bunları dilimə gətirməmişəm. Sahibdən fərqli olaraq. Mənim də Sahibə stol açdığım günlər olub. İctimai Palatanın dövründə. Onu təsdiq edə biləcək insanlar var. Kişi elədiyini deməz. Bu, ancaq Sahibə məxsusdur.  O nazir, biznesmen deyil. Ağzını açanda deyir ki, hər kəsə kömək edirəm. Mənim də kömək istədiyimi deyir. Bu pullar onda hardandır? Sahib türmədən çıxandan sonra pulu olmayıb. Hamı ona dəstək olub. Birdən-birə pullar haradan çıxdı? Demək ona kənardan dəstək var. Bu gün həbsxanalarda olan müxalifətçilər şər-böhtanla cəza çəkirlər. Sərdar Əlibəyli, Seymur Həzi və başqaları heç nə olmadan həbsə getdilər. Amma Sahib cinayət törədə-törədə azadlıqda gəzir. Niyə? O, buna aydınlıq gətirsin. Camaat cinayət etməyə-etməyə həbsə salınır. Bunlar onu göstərir ki, Sahibin arxasında yüksək çinli məmurlar dayanır. Bunu deməyə mən də əsas var. Prezidentə, DİN və MTN-ə müraciət etmişəm. Sahibin arxasında duran qüvvələrin anonsunu vermişəm. Yaxın günlərdə açıqlayacam. Onun getdiyi əqidə yolu tapşırıqladır. Polislər hadisə yerinə baxış keçiriblər. Amma deyim ki, şikayətimə baxılmır. Bunun da səbəbi Sahibin arxasında duran qüvvələrdir. Cinayətkar çöldədirsə, demək şikayətə baxılmır. Müraciətlərim davam edir. Onun çöldə qalması həyatım üçün təhlükədir. Kimsə zamin dura bilməz ki, Sahib bir daha belə hərəkət etməyəcək. O cəzalanmadıqca, narahat olacam. Cinayətkar cəzasız qalmamalıdır”.

 

Previous Post

AXCP-nin sabiq şöbə müdirindən ittihamlara cavab gəldi: “Həbs olunsun”

Next Post

Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan…

Bənzər yazılar

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00

ABŞ Prezidenti Donald Tramp İranın neft-qazını ələ keçirmək istədiyini deyir və Tehranı buna imkan verməməkdə günahlandırır. Elchi.az IRIB-yə istinadən xəbər...

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir ki, telefon...

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28

Xalq artisti Tünzalə Ağayeva 50 illik yubileyini xüsusi bir musiqi hədiyyəsi ilə qeyd edib.  “İki sahil” xəbər verir ki, pop...

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

Bakının bu istiqamətində dəmir yolu ilə bağlı yenilik

21 Oktyabr 2026 - 15:30

Avropa İttifaqı (Aİ) Ələt Azad İqtisadi Zonasına (ƏAİZ) birbaşa sərnişin dəmir yolu xəttinin çəkilməsini təklif edir. Məqsəd işçilərin və investorların...

Next Post

Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan...

Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan...

Son xəbərlər

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

“Koroğlu” metrosunun qarşısındakı küçə bu tarixlərdə tam bağlanır

21 Oktyabr 2026 - 17:59
“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

“Barselona”nın müdafiəçisi Çempionlar Liqasında tarixə düşdü

21 Oktyabr 2026 - 17:45
İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

İqlim dəyişmələri eyni ərazidə fərqli temperatur dəyişikliklərinə səbəb olur – tədqiqat

21 Oktyabr 2026 - 17:37
Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub

21 Oktyabr 2026 - 17:25
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb

21 Oktyabr 2026 - 17:23
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.