"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

AVTOMOBİL YOLLARI DA ÖDƏNİŞLİ OLACAQ – Qaydalar müəyyənləşib

08 Mart 2019 - 11:49
in CƏMİYYƏT, MANŞET
FacebookVatsap

Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə Qaydası”nı təsdiq edib. 

Bunu da oxuyun

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Sabah Bakıya yağış yağacaq

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

ONA-nın məlumatına görə, Bu Qayda avtomagistrallardan ödənişli yol kimi istifadə qaydasını tənzimləyir. Qayda ödənişli avtomobil yolu kimi istifadə olunan özəl və bələdiyyə avtomobil yollarına şamil edilmir.

Ödənişli avtomagistral müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin “Yol hərəkəti haqqında” qanun ilə müəyyən edilmiş sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan, habelə hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilən, 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz olunan ödənişli avtomobil yoludur. Operator ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu, ödəniş talonu ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş sənədi (nəqliyyat vasitəsində yerləşdirilən yapışqan etiket, maqnit zolaqlı çoxdəfəlik talon), eləcə də elektron kontaktlı və ya kontaktsız smart kartdır. Ödəniş məntəqəsi ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödəniş əməliyyatının həyata keçirildiyi və buraxılış məntəqələrindən ibarət olan, mühəndis avadanlığının, texniki vasitələrin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikililər və qurğulardır (şlaqbaumlar, elektron ödəniş terminalı və açıq məntəqə). Avtomatik elektron ödəniş cihazı – operator tərəfindən istifadə olunan nəzarət sistemi vasitəsilə hərəkətdə olan nəqliyyat vasitəsinin identifikasiyası üçün nəzərdə tutulan və nəqliyyat vasitəsində yerləşdirilən qurğudur.

Ödənişli avtomagistralın istifadə olunması istifadəçi ilə operator arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Müqavilənin bağlanılması gediş üçün ödəmə sənədi ilə təsdiq edilir və bu müqaviləyə uyğun olaraq operator istifadəçiyə ödənişli avtomagistralda gediş hüququnu təqdim etməyə və yol hərəkətini təşkil etməyə, istifadəçi isə təqdim olunan xidmətin haqqını ödəməyə borcludur. Ödənişli avtomagistraldan istifadəyə xitam verilməsi və dayandırılması halları istisna olmaqla, avtomobil yolunun sahibi (operator) həmin yoldan istifadə üçün müqavilə bağlamaqdan əsassız imtina edə bilməz. Ödənişli avtomagistralla nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla, Tarif (qiymət) Şurası tərəfindən müəyyənləşdirilir. Operator tərəfindən nəqliyyat vasitəsinin gedişinə görə tutulan ödənişlərdən başqa, istifadəçilərdən digər ödənişlərin tutulmasına yol verilmir.. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması, qəza-bərpa işləri ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis və təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı, həmçinin ödənişli avtomagistrala xidməti təşkil edən operatorun nəqliyyat vasitələri gediş üçün ödənişdən azaddırlar. Nəqliyyat vasitəsinin gedişi üçün haqqın əvvəlcədən ödənilməsi halları istisna olmaqla, ödənişin tutulması ödəniş məntəqələrində həyata keçirilir.

Ödənişli avtomagistral barədə məlumat tablosu ödənişli avtomobil yolunun girişinə aparan avtomobil yollarında da quraşdırıla bilər. Ödənişli avtomagistraldan istifadə zamanı nəqliyyat vasitəsi texniki nasazlıq səbəbi ilə, o cümlədən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətini dayandırarsa və digər nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükə yaradarsa, bu zaman həmin nəqliyyat vasitəsi operator tərəfindən ödənişli qaydada yaxın məntəqənin mühafizə dayanacağına yerləşdirilir. Bu zaman nəqliyyat vasitəsinin mühafizə dayanacağında 24 saatadək saxlanılmasına görə ödəniş tutulmur.

İstifadəçilərə ödənişli avtomagistralla gediş haqqının əvvəlcədən operatora ödənilməsi imkanını da yaradılacaq.

İstifadəçinin vəzifələri aşağıdakılardır:

– əgər nəqliyyat vasitəsi operatorun tələblərinə uyğun olaraq yerləşdirilmiş gediş talonuna malik deyildirsə və ya avtomatik elektron ödəniş cihazı ilə təchiz edilməmişdirsə, bu zaman ödənişi yalnız nağd ödəniş məntəqələri vasitəsilə həyata keçirmək;

– nəqliyyat vasitəsinin gediş haqqını nağd pul vasitəsilə ödəniş terminalına köçürmək, habelə ödəniş kartından istifadə etməklə və ya əvvəlcədən ödəməklə həyata keçirmək;

– ödəniş məntəqəsindən keçməklə, gediş zamanı gediş üçün haqqın ödənilməsi məqsədi ilə nəqliyyat vasitəsini dayandırmaq və ödənişin həyata keçirilməsindən sonra maneənin (şlaqbaumun) açılması anından etibarən nəqliyyat vasitəsinin hərəkətinə icazə verildikdən sonra yoluna davam etmək;

– gediş talonunun istifadə olunması zamanı operatorun təlimatına uyğun olaraq, onu nəqliyyat vasitəsində yerləşdirmək;

– ödənişli avtomagistraldan istifadə ilə bağlı ödəniş sənədini ödənişli avtomagistraldan istifadə hüququ başa çatanadək qoruyub saxlamaq;

– operatorun uçotu sistemində qeydiyyata alınan nəqliyyat vasitəsində avtomatik elektron ödəniş cihazından istifadə etmək.

Previous Post

AVTOMOBİL YOLLARI DA ÖDƏNİŞLİ OLACAQ – Qaydalar müəyyənləşib

Next Post

Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb

Bənzər yazılar

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

09 Oktyabr 2026 - 12:51

Mülkiyyətində ikimərtəbəli fərdi yaşayış evi olan bir çox ailələri maraqlandıran əsas suallardan biri hər mərtəbəyə ayrı-ayrı çıxarışın (“kupça”) alınmasının mümkünlüyüdür....

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

09 Oktyabr 2026 - 12:30

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 10-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24

Baş prokuror Kamran Əliyev paytaxtın Səbail rayonunda vətəndaşları qəbul edəcək. Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə, Baş prokuror...

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

Putindən İranla bağlı bəyanat: Dəstək göstərməyə hazırıq

09 Oktyabr 2026 - 10:43

Rusiya Prezidenti Vladimir Putin İranın regional münaqişələrin sülh yolu ilə həllinə yönəlmiş təşəbbüslərini dəstəklədiklərini bildirərək deyib: "Biz bu istiqamətdə İrana...

Next Post
Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb

Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb

Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb

Avropa İttifaqında yay vaxtına keçid praktikasının ləğvi barədə müzakirələr aparılıb

Son xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

Azərbaycan iqtisadiyyatı 1,5% böyüyüb

09 Oktyabr 2026 - 13:08
Tramp Maskı Milli Elm Medalı ilə təltif edib

Tramp Maskı Milli Elm Medalı ilə təltif edib

09 Oktyabr 2026 - 13:00
Bu evlərə 1 yox 2 “kupça” veriləcək

Bu evlərə 1 yox 2 “kupça” veriləcək

09 Oktyabr 2026 - 12:51
Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

Azərbaycan Gürcüstana daha 20 il qaz satacaq

09 Oktyabr 2026 - 12:42
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

09 Oktyabr 2026 - 12:30
Dünya çempionatı: Zelim Kotsoyev növbəti qələbəsini də ipponla qazandı – YENİLƏNDİ

Dünya çempionatı: Zelim Kotsoyev növbəti qələbəsini də ipponla qazandı – YENİLƏNDİ

09 Oktyabr 2026 - 12:23
Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13
NASA Ayda gizli yeraltı mağarası axtarır

NASA Ayda gizli yeraltı mağarası axtarır

09 Oktyabr 2026 - 12:01
Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO

09 Oktyabr 2026 - 11:49
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident tədbirdə iştirak edir

Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir, Prezident tədbirdə iştirak edir

09 Oktyabr 2026 - 11:40
Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Səbail rayonunda vətəndaşları qəbul edəcək

09 Oktyabr 2026 - 11:24
Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

Meksikada həbsxana üsyanı: 10 ölü, 16 yaralı

09 Oktyabr 2026 - 11:17
“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

“USS Abraham Lincoln” aviadaşıyıcısı 9 aydan sonra ABŞ-a qayıdır

09 Oktyabr 2026 - 11:06
ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

ABŞ-da qızılca hallarının sayı iki dəfə artıb

09 Oktyabr 2026 - 10:52
Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Dövlət başçısı: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

09 Oktyabr 2026 - 10:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.