İstilik üçün qranullar 2021-ci ilin eyni dövrü ilə müqayisədə 147,5% artıb.
Elchi.az xəbər verir ki, Avstriya Enerji Agentliyinin (AEA) dərc etdiyi araşdırmaya görə, 2022-ci ilin noyabr ayında Avstriyada enerji qiymətləri yüksək qalmaqda davam edib, təbii qaz 2021-ci ilin eyni dövrü ilə müqayisədə 109,2% artıb.
Agentlik bildirir ki, bütün enerji resurslarının dəyərini əks etdirən enerji qiymətləri indeksi noyabrda “oktyabr ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə 2,8% azalıb”.
Eyni zamanda, o qeyd edib ki, 2021-ci ilin eyni göstəriciləri ilə müqayisədə “effekt azdır”, bu, noyabrda indeksin 42,1% artdığını göstərir.
Bildirilir ki, ölkədə 660 mindən çox evdə istilik üçün istifadə olunan qranullar 2021-ci ilin eyni dövrü ilə müqayisədə 147,5% bahalaşıb.
Öz növbəsində odunun maya dəyəri müvafiq olaraq 1,4% və 82,8% artıb.
Şayəstə