Avstraliyanın ən böyük özəl tibbi sığorta şirkəti Medibank-ın müştərilərinin məlumatları kiber hakerlər tərəfindən Dark Web-ə sızdırılıb.
Elchi.az xəbər verir ki, Medibank hakerlərin fidyə tələbi rədd edildikdən sonra bu gün bir qrup müştəri məlumatının “qaranlıq internet forumunda” paylaşıldığını açıqladı.
Məlumatlarda adlar, doğum tarixləri, pasport nömrələri və sağlamlıq məlumatları olduğu bildirilib.
Müştəri məlumatları “yaramaz” və “yaxşı” başlıqlarla paylaşılır; “Dəcəl” rubrikasında yer alan şəxslərin bəzilərinin alkoqol/narkoman və ya HİV-ə yoluxmuş şəxslər olduğu açıqlanıb.
Medibank Avstraliyanın ən böyük özəl tibbi sığorta şirkəti olduğu üçün əhəmiyyətli şəxslərin məlumatlarına sahib ola biləcəyi ifadə edilir.
Baş nazir Entoni Albanese də Medibankın müştərisi olduğunu açıqlayıb.
Hücumun arxasında kimin olduğu hələlik açıqlanmayıb.
Şayəstə