Avstraliya elektron siqaretlərin məktəblərdə və gənclər arasında geniş yayıldığını və sağlamlıq üçün təhlükə yaratdığını əsas gətirərək satışını məhdudlaşdırıb.
Elchi.az BBC-yə istinadən xəbər verir ki, Avstraliyanın səhiyyə naziri Mark Butler elektron siqaretlərin gənclər arasında getdikcə daha çox populyarlaşdığını və nikotin aludəçilərinin yeni nəslini yaratdığını və satışının apteklərlə məhdudlaşacağını bildirib.
Butler “Böyük siqaret şirkətləri, siqaretdə olduğu kimi, daha bir asılılıq yaradan məhsul götürdülər, onu parlaq qablaşdırmalara bükdülər və yeni nəsil nikotin aludəçiləri yaratmaq üçün ləzzətlər əlavə etdilər” ifadəsini işlətdi.
Aldadıldıqlarını bildirən Butler 52 yaşında olduğunu vurğulayaraq, “Mənim yaşımda olan 70 nəfərdən yalnız 1-i elektron siqaret çəkir”-dedi.
Butler, elektron siqaretlərin liseylərdə “bir nömrəli davranış problemi” halına gəldiyinə diqqət çəkərək, bu məhsulların qəsdən uşaqlara ünvanlandığına və pərakəndə satış mağazalarında “şirniyyat və şokoladların yanında” asanlıqla əldə olunduğuna diqqət çəkdi.
Avstraliya mətbuatının məlumatına görə, Səhiyyə Nazirliyi bəzi məktəb tualetlərində elektron siqaretlər üçün detektorlar quraşdırmağa başlayıb.
Araşdırmalar göstərir ki, 14-17 yaşlı hər altı avstraliyalı gəncdən biri və 18-24 yaşlı dörd gəncdən biri elektron siqaretdən istifadə edir.
Nuranə Məmmədova