Avstraliyanın Viktoriya ştatında qızıl mədəninin çökməsi nəticəsində bir nəfər ölüb.
Elchi.az xəbər verir ki, 9News saytının məlumatına görə, əyalət polisi Mount Clear bölgəsində qızıl mədəninin yerli vaxtla saat 17:00 radələrində çökdüyünü bildirib.
Hadisə yerinə müdaxilə edən polis və xilasetmə qrupları mədəndəki təhlükəsiz əraziyə sığınmağı bacaran 29 işçini xilas edib.
Polis təhlükəsiz əraziyə çata bilməyən və dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu qeyd edib.
Dağılan şaxtanın altında qalan digər işçinin də öldüyü açıqlanıb.
Nuranə Məmmədova