Avstraliya hakimiyyəti günlərdir panikaya səbəb olan itkin radioaktiv kapsulun tapıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Avstraliya Dövlət Fövqəladə Hallar Naziri keçən həftə Qərbi Avstraliyanın geniş ərazilərində yoxa çıxan və 1400 km-lik marşrut boyunca axtarılan radioaktiv kapsul tapıb.
Mədən işində ölçmə üçün istifadə edilən radioaktiv kapsul Nyuman bölgəsindəki mədən sahəsindən Pertdəki anbara daşınarkən itdi.
Rəsmilərin dediyinə görə, kapsul yanvarın 12-də təmir üçün Pertə göndərilib və sahəni tərk etməzdən əvvəl qablaşdırılıb. Yanvarın 16-da Pertə çatan bağlama təhlükəsiz radiasiya anbarında saxlanılıb.
Lakin yanvarın 25-də bağlama açılanda ölçü cihazının xarab olduğu və kapsulun yerində olmadığı anlaşılıb.
Səlahiyyətlilər, kapsula toxunulmaması barədə xəbərdarlıq edərək, maddənin məruz qaldığı təqdirdə radiasiya yanıqlarına və radiasiya ilə əlaqəli xəstəliklərə səbəb ola biləcəyini vurğuladı.
Şayəstə