Rusiyanın enerji şirkəti “Qazprom”un Ukrayna üzərindən Avropaya göndərəcəyi təbii qazın miqdarı dünənlə müqayisədə 20 faiz artaraq 29,4 milyon kubmetrə çatacaq.
Elchi.az xəbər verir ki, bu barədə“Qazprom”un Rusiya mətbuatına verdiyi açıqlamaya görə, Sohranivka paylayıcı məntəqəsindən qazın çatdırılması tələbi Ukrayna tərəfindən rədd edilib.
Suca məntəqəsindən daşımaların davam etdiriləcəyi bildirilən açıqlamada sözügedən məntəqədən daşınma həcminin bu gün 29,4 milyon kubmetr səviyyəsində olacağı bildirilib. Ötən gün Ukrayna üzərindən Avropaya 24,5 milyon kubmetr təbii qaz göndərən “Qazprom”un daşınması yanvarın 31-i ilə müqayisədə 20 faiz artacaq.
2022-ci ilin mayında Ukrayna Rusiya təbii qazının üçdə birinin Avropaya keçdiyi Sohranivka paylama məntəqəsində nəqli başa çatdırdı.
Qazprom-un Şimal axını və Yamal-Avropa boru kəmərləri ilə Qərbi və Mərkəzi Avropaya təbii qaz nəqli də dayandırılıb. Şirkətin sözügedən bölgələrə daşınması yalnız Ukrayna üzərindən davam edir.
Şayəstə