Avstraliyada aparılan bir araşdırma, həbsxana əhalisinin “cəmiyyət üçün risk yaratmadan” üçdə bir azaldıla biləcəyini göstərdi.
Avstraliyada yerləşən “Institut of Public Affairs” (IPA) analitik mərkəzində dərc olunan araşdırma, zorakılıqdan kənar cinayət elementləri olan insanların həbsinin qarşısını alacaq qanun islahatını tövsiyə edib.
Elchi.az xəbər verir ki, bu barədə Avstraliya Statistika Bürosunun (ASB) məlumatına görə, araşdırmanın müəllifi, professor Mirko Baqariç ölkədə məhbusların sayının əhaliyə nisbətinin hazırda hər 100 min nəfərə 214 nəfər təşkil etdiyini və bu nisbətin arta biləcəyini bildirib.
Baqariç bildirib ki, məhbusların 42 faizi zorakılıq və cinsi cinayətlərdə iştirak etməyib.
Araşdırmada o da vurğulanıb ki, ağır əmlak və narkotik cinayətlərinə görə həbsdə olanların 10 faizinin həbsi davam etsə də, həbsxana əhalisinin üçdə birində azalma müşahidə oluna bilər.
Həbsxana əhalisinin cəmiyyət üçün risk yaratmayacaq şəkildə üçdə bir azaldıla biləcəyini müəyyən edən araşdırmada vergi ödəyicilərinin məhbus sayını azaltmaqla 1,25 milyard Avstraliya dollarına qənaət edə biləcəkləri proqnozlaşdırıldı.
Araşdırmada, hər il təxminən 14 min daha çox insanın Avstraliya cəmiyyətinə yenidən inteqrasiya oluna biləcəyi ifadə edildi.
2020-2021-ci illər arasında Avstraliya həbsxanalara 4 milyard dollar xərcləyib.
Avstraliya Maliyyə Nazirinin müavini Endryu Ley ölkədə həbs cəzasının 1985-ci ildən bəri iki dəfə artdığını, qətl nisbətinin isə iki dəfə azaldığını bildirib.
Oktyabr ayında Leigh Avstraliya Cinayət Elmləri İnstitutuna vergi ödəyicilərinin ölkədə 1985-ci il dərəcələri davam etdiyi üçün lazım olandan 140 dollar artıq ödəyəcəklərini söylədi.
Şayəstə