Qana prezidenti Nana Akufo-Addo Twitter-in Qanadakı Afrika ofisini bağlamaq qərarını “bədbəxtlik” adlandırıb.
Elchi.az xəbər verir ki, bu barədə Akufo-Addo, Tesla və SpaceX CEO-su Elon Mask tərəfindən satın alınan sosial media şirkəti Twitter-in Qanadakı ofisini bağladıqdan sonra açıqlama verdi.
Twitter-in Qanada olmasını səbirsizliklə gözlədiklərini ifadə edən Akufo-Addo, “Twitterin Qanadakı Afrika ofisini bağlaması təəssüf doğurur. Ofisin açılması çox keçmədi, ancaq (bağlama qərarı) şirkətin yeni sahibi tərəfindən qlobal restrukturizasiyasının bir hissəsidir. Mən bunu başa düşürəm.” dedi.
Akufo-Addo bildirib ki, Twitter kimi bir təşkilatın yerli nümayəndəliklərinin olması daha yaxşı olar.
2021-ci ilin aprelində Qanada Afrika qitəsi ofisini açan Twitter, keçən həftə eyni ofisdəki 21 nəfərdən 20-ni işdən çıxardı.
Şayəstə