“Avroviziya” şərhçimiz bəlli oldu

“Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisi tanınmış televiziya və radio aparıcısı Nurlana Cəfərova olacaq. Elchi.az xəbər verir ki, bu barədə Qaynarinfo.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mətbuat Xidmətindən məlumat verilib. O, şounun bütün mərhələlərini İctimai Televiziyanın efirindən şərh edəcək. Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya-2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-də və 9-da, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə Azərbaycanı “Özünlə apar” mahnısı ilə müğənni Fəxri İsmayılov - Fahree və muğam ifaçısı İlkin Dövlətov təmsil edəcəklər.