Koronavirus epidemiyası zamanı pis sınaqdan keçən Avropa ölkələrində səhiyyə sistemi çökmək üzrədir. İspaniyada 800 minə yaxın insanın əməliyyat üçün növbə gözlədiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Fransada nazirlik, ilin sonuna qədər həkimi olmayan xroniki xəstəlikləri olan 714 min xəstəyə sağlamlıq xidməti göstərməyi hədəflədiyini etiraf etdi.
Tətillər, kadr çatışmazlığı, gərgin iş saatları…
Avropada səhiyyə işçilərinin həll edilməmiş problemləri sistemi dağılma həddinə çatdırdı.
Həmin ölkələrdən biri olan İspaniyada 800 minə yaxın insanın əməliyyat üçün növbə gözlədiyi açıqlanıb.
İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə əməliyyat üçün orta gözləmə müddəti 122 gündür.
Neyrocərrahiyyədə əməliyyat üçün gözləmə müddəti 203 gün, plastik cərrahiyyədə isə 242 günə qədər ola bilər. Ən işlək bölgələr Kataloniya, Andalusiya, Madrid və Valensiyadır.
Mütəxəssis həkim qəbuluna yazılmaq üçün 60 gündən çox gözləməli olanların nisbəti yüzdə 65 civarındadır.
Şayəstə