Fransanın keçmiş prezidenti Nikolya Sarkozi hesab edir ki, diplomatiya, müzakirələr və danışıqlar Rusiya və Ukrayna arasında münaqişənin həllinin yeganə yollarıdır və bu, Moskvaya təzyiq göstərməyə çalışan Avropa ölkələrinin səylərinin mərkəzində olmalıdır. Elchi.az xəbər verir ki, siyasətçi bu barədə “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
Sarkozi Rusiyanın Ukraynada hərbi əməliyyata başlamaq qərarını pisləyib, lakin Moskvanın Avropanın qonşusu olduğunu vurğulayıb.
O, həmçinin Fransanın hazırkı lideri Emmanuel Makronun Ukrayna ilə bağlı mövqeyindən uzaqlaşaraq, əvvəllər Makronun intuisiyası düzgün idi, lakin sonradan bunu dərk edə bilməyib deyə bildirib. Sarkozi hesab edir ki, buna həm də Şərqi Avropa ölkələrinin təzyiqi səbəb olub. Siyasətçi hansı strategiyadan danışdığını açıqlamayıb.
Həmin müsahibədə Sarkozi Avropa İttifaqını Ukrayna ilə bağlı strategiyanı aydınlaşdırmağa və bu münaqişədə ABŞ-ın maraqlarına uymamağa çağırıb.
Havar Şəfiyeva